Qasırğa bir ölkədə 4600 nəfərin ölümünə səbəb olub

Qasırğa bir ölkədə 4600 nəfərin ölümünə səbəb olub

30 May 2018 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Porto Rikoda ötən il müşahidə edilən Mariya qasırğası 4600 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Harvard Universiteti 20 sentyabr-31 dekabr 2017-ci il tarixlərində qasırğa səbəbilə dünyasını dəyişənlərin göstərilən rəqəmdən 70 dəfə çox olduğunu bildirib.

Mariya qasırğası başlayandan bəri Porto Rikoda ölənlərin sayı 60% artıb. Bu rəqəmə ölkənin səhiyyəsindəki çatışmazlıqların səbəb olduğu ölümlər də daxildir.

Rəsmi rəqəmlərə görə, ölkədə 64 nəfər qasırğa nəticəsində dünyasını dəyişib.