Rusiyada daha 302 nəfər koronavirusa yoluxub

Rusiyada daha 302 nəfər koronavirusa yoluxub

30 Mart 2020 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada son sutka ərzində 302 nəfər koronavirusa yoluxub. Bununla da şimal qonşumuzda infeksiyaya yoluxanların ümumi sayı 1836-ya yüksəlib.

Oxuməni.az xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.

“Rusiyada son 24 saat ərzində koronavirus infeksiyasına 302 yoluxma hadisəsi qeydə alınıb”, – deyə qərargahın məlumatında qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Səhiyyə naziri Mixail Muraşko Rusiyanın yeddi şirkətinin koronavirusun aşkarlanması üçün test sistemlərinin istehsalına icazə aldığını bildirmişdi.

Oxuməni.az