İngiltərədə nazirlərə yeni koronavirus barədə ötən ildən xəbərdarlıq edilibmiş

İngiltərədə nazirlərə yeni koronavirus barədə ötən ildən xəbərdarlıq edilibmiş

26 Aprel 2020 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il İngiltərədə nazirlərə böyük sosial və iqtisadi nəticələrə gətirib çıxaracaq virusa qarşı hazırlıqlı olmaları barədə xəbərdarlıq edilib.

Oxuməni.az xəbər verir ki, bunu İngiltərənin "Qardian" qəzeti yayıb.

Qəzetə göndərilən gizli sənəddə bildirilir ki, virusdan onminlərlə insanın həyatını itirə biləcəyi, hökumətə virusun qarşısını alması üçün lazım olan tədbirlər görməsi və bu tədbirlərin görülməyəcəyi təqdirdə baş verəcəklər haqda xəbərdarlıq edilib.

Virusun yüksək faizlə həm yoluxucu, həm də öldürücü olduğu qeyd edilən sənəddə hökumətə tövsiyələr arasında qoruyucu vasitələrin toplanması, digər əsas avadanlıqların alınması barədə müqavilələrin bağlanması və ölənlərin sayının həddindən artıq artması halında atılacaq addımların planının hazırlanması tövsiyə olunub.

Xaricdəki ingilislərə kömək etmək və ölkəyə geri gətirmək üçün planlar hazırlamaq da prioritet məsələlərdən biri kimi göstərilib.

Oxuməni.az