Paşinyanın yeni məkrli sülh təklifi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü təhlükə altında qoyur
Paşinyanın qoşunların güzgülü çıxarılması və Arazdəyənlə (Yerasx) digər ərazi mübadiləsi təklifi Azərbaycanın ərazi bütğvlüyünə ziddir. Qoşunların güzgülü çıxarılması təklifi əvvəllər də edilmişdi və Azərbaycan rəsmi şəkildə onu rədd edib. Çünki bu təklif hazırda Azərbaycan qoşunlarının yerləşdiyi strateji yüksəkliklərin düşmənə təhvil verilməsi demək olardı. Belə ki, qoşunlarımızın hazırda yerləşdiyi ərazi SSRİ dövrü və beynəlxalq səviyyədə tanınan sərhədlərimiz çərçivəsindədir. Arazdəyənin(Yerasx) əvəzinə Ermənistanın digər ərazisinin mübadiləsinə gəlincə, İrəvanın dəyişmək istədiyi bu ərazi Azərbaycan üçün strateji önəm daşıyır və çətin ki, Bakı bu təkliflə razılaşsın. Bir sözlə Paşinyan yenə də "sülh anlaşması" adı altında vaxtuzatma oyununa baş vurur və bununla Qərbdə özünü sülhsevər kimi göstərməyə çalışır. Nəhayət Paşinyanın Putinlə telefon danışığından sonra “Biz yaxın zamanda sülh müqaviləsi imzalamağa hazırıq. Güzəştə getmək lazımdır. Biz bunu edəcəyik”,-deməsi göstərir ki, o bu təlimatı Moskvadan alıb. Amma istənilən halda Paşinyanın səsləndirildiyi təklif Azərbaycanın maraqlarına cavab vermir və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzün pozulması deməkdir.
Oxuməni.az-ın verdiyi xəbərə görə, “Biz yaxın zamanda sülh müqaviləsi imzalamağa hazırıq. Güzəştə getmək lazımdır. Biz bunu edəcəyik”,-deməsi ərazi bütövlüyümüzü şübhə altında qoyacaq məkrli plandan başqa bir şey deyil. Onun açıqlamasında səsləndirdiyi digər məkrli və hiyləcər fikirlər də bunu bir daha sübut edir.
Paşinyan bildirib ki, yaxın günlərdə güzəştə gedəcəkləri ərazilər barədə daha ətraflı şərh verəcək.:”Biz Azərbaycana təklif etmişik ki, Arazdəyən (Yerasxa) sektorunda onlar bizim bir neçə ərazimizdən mövqelərini geri çəksinlər. Əvəzində biz də onların ərazisindən bir neçə mövqedən geri çəkilirik.” -deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, 18 aydır iki ölkə arasında ən qaynar nöqtələrindən biri ilə bağlı məsələni həll edə biləcəklər. Paşinyan deyib ki, bu, Ermənistanın ərazidəki qoşunların çıxarılması ilə bağlı təkliflərinə aiddir. “Dediyim kimi, biz Azərbaycanın cavabını gözləyirik. Bundan əlavə, biz Ermənistanla Azərbaycan arasında de-yure sərhədin Sovet dövründə təsdiq edilmiş formada qoşunların güzgülü çıxarılması təklifi ilə çıxış etdik. Yeri gəlmişkən, bir sıra son hadisələrdən sonra biz hələ də başa düşə bilmirik ki, Azərbaycan regional kommunikasiyalar açmaq istəyir, ya yox?”.
O vurğulayıb ki, əgər Bakı istəsə, o zaman Ermənistanın təklifləri qüvvədə qalır və İrəvan hər an onları sözün əsl mənasında həyata keçirməyə hazırdır. “Dünyada və regionda vəziyyət gərgindir və biz bu gərginliyin azaldılmasında və fundamental həll yollarının tapılmasında özümüzü məsuliyyətli hesab edirik. Bu mənada biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları mümkün qədər tez başlamalıdır. Qeyd etmək lazımdır ki, sərhəd təhlükəsizliyi və sabitlik səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlarla paralel olaraq, sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır”.
Bütün hallarda Paşinyanın nə demək istəməsindən asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində bərpa edilməli və erməni silahı dəstələri ərazimizdən tam şəkildə çıxarılmalıdır. Sülh müqaviləsinin isə bundan qeyri alternativi yoxdur və Ermənistan sülh istəyirsə bunu etməlidir. Əks halda Azərbaycan istənilən yolla separatçıların müvəqqəti nəzarəti altında olan ərazilər üzərində ərazi bütövlüyünü bərpa edəcək.
Əziz Mustafa















































.jpg)
.jpg)
.jpg)












































