“ZƏFƏR GÜNÜN” MÜBARƏK, AZƏRBAYCAN!
    Zümrüd-M prodakşın: “Qızıl zəfər” tədbiri

“ZƏFƏR GÜNÜN” MÜBARƏK, AZƏRBAYCAN! Zümrüd-M prodakşın: “Qızıl zəfər” tədbiri

10 Noyabr 2022 16:26
Bəyəndim (6) Bəyənmədim (0)

Azərbaycan dövləti çoxlu sayda tarixi hadisələrə şadidlik edərək bu günə qədər mürəkkəb və keşməkeşli uzun bir yol qət edib öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bu səbəbdən də Azərbaycan dövləti parlaq və zəngin tarixə malikdir. Şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan önəmli hadislərdən biri də 8 noyabr Zəfər Günü tarixidir. Haqq və şərəf savaşımız olan 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin məğrur və qalibiyyətini bir daha sübut etdi.

Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz şanlı ordumuzun, Azərbaycanın qəhrəman oğullarının sücaəti nəticəsində 30 ildən artıq bir zamanda erməni vandaliziminin işğal etdiyi o əzəli və müqəddəs torpaqlarımız olan Qarabağı öz canları, qanları bahasına düşmən tapdağından azad edərək yenidən Azərbaycan xalqına bəxş etdilər.


Bu günü, 8 noyabr Zəfər Gününü artıq biz bir xalq olaraq ölkəmizin bütün şəhər və rayonlarında geniş tədbir proqramları ilə böyük şövq və təntənəli surətdə həyata keçiririk. Bu tədbir proqramlarından biri də “Zümrüd-M” prodakşın tərəfindən 7 noyabr 2022-ci ildə əzəmətli “Qədim Xanlar” restoranında baş tutan “Qızıl Zəfər” tədbiri olmuşdur. Tədbirin ərsəyə gəlməsində “Zümrüd –M” prodakşının rəhbəri Zümrüd Güləliqızı və rejissor Emil Bayramzadənin böyük əməyi olmuşdur.

Tədbirin aparıcıları Zümrüd Güləliqızı və Fuad Əsgərov tədbiri açıq elan edib gələn qonaqları salamladıqdan sonra Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra isə tədbirdə iştirak edən qazilərin müşayəti ilə Azərbaycan Bayrağı tədbir keçirilən zala gətirildi. Daha sonra isə tədbirə qatılan rəsmi qonaqlar, qazilər, şəhid anaları və incəsənət nümayəndələri növbəli şəkildə şıxış edərək Zəfər Günüilə bağlı öz təəssüratlarını bölüşdülər.


Qeyd etdiyimiz kimi təşkilatçıların dəvəti ilə tədbirdə bir çox şəhid ailələri, qazilər, ictimai xadimlər, incəsənət və media nümayəndələri, jurnalistlər və s nüfuzlu şəxslər iştirak etmişdirlər. Xüsusi qonaqlar arasında tanınan televiziya aparıcısı və xeyriyyəci Hacı Nuran, Dövlət Komitəsi yanında ictimai birliyinin sədr müavini, İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri Elçin Axundxadə, Sosial İnkişaf və Sosial İnam Birliyinin sədri Vüsal Əliyev, “Dünya” Müstəqil Teleradio şirkətinin aparıcı nümayəndələri, Türkiyənin “Türk.az qrup” xəbər agentliyinin rəhbər və nümayəndələri, o cümlədən xanəndə, Əməkdar artist Sevinc Sarıyeva, tanınmış qiraət ustası və aktyor Şirzad Pirallahı, müğənni Ramin Sədalı, müğənni Səbuhi Əliyev, Ayxan rəqs qrupu iştirak etmişdir.

Tədbir iştirakçıları Zəfər Günü ilə bağlı çıxışlarından sonra şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə də cansağlığı diləmişlər. Eyni zamanda tədbirə dəvət olunan qonaqlar prodakşın tərəfindən “Qızıl Zəfər” mükafatı və digər hədiyyəlrlə təltif olunmuşlar.


Tədbirin bütün İnformasiya dəstəyi Oxu Məni.az saytına məxsusdur.
Tədbir bir çox brend şirkətlərin “Otto Art” reklam və dizayın şirkətinin “Qədim Xanlar” ailəvi resstoranının “Dünya Market” marketlər şəbəkəsinin, “İydə” Parfium ətir dünyasının, “Bambi” yataq dəstinin, “Nazlı” şirniyyat evinin”, Ritual şamlar mağazasının, “Fuad” Kimya mərkəzinin “Gülşən” naxış moda evinin maddi və mənəvi dəstəyi ilə daha da rəngarəng keçmişdir.
Biz də “Oxu Məni.az” kollektivi olaraq bir daha Azərbaycan xalqını Zəfər Gününün möhtəşəm təntənəsi münasibəti ilə təbrik edirik.

Hazırladı: İsa Rəvan