Azərbaycanda TikTok fırıldaqçıları
Bildiyiniz kimi TikTok sosial şəbəkəsi üzərindən bəzi fırıldaqçılar öz hesablarının reytinqini artırmaq məqsədi ilə müxtəlif zamanlarda və məkanlarda baş vermiş cinayət hadisələrinin istintaq çəkilişi olan videolarını xüsusi kompüter proqramlar vasitəsilə birləşdirib, hazır saxta videolara sonradan səs də əlavə edirlər. Sonra hazırladığları video carxları real baş vermiş hadisə kimi TikTok üzərindən paylaşaraq, qazanc əldə edirlər. Bir neçə gündür TikTok şəbəkəsində ən çox baxılan videolardan biri də təəssüf ki, belələrindəndir. Videoda guya ki, Firullayev Təhməz Cəsarət oğlunun 2021-ci il 8 sentyabr tarixində Dümbullayev Firdovs Əmzik oğluna təzavüz etdiyi göstərilir.
Diqqətlə nəzər yetirsəniz videoda adlların və hadisənin qondarma olduğunu Siz də təsbit edə bilərsiniz. Ən dəhşətlisi odur ki, bu videoda Xətai Rayon Prokurorluğunda 311669311669 saylı cinayət işinin açılması barədə insanlara saxta informasiya verilir. Bu videonun kütləvi yayılmasını nəzərə alsaq, bizim hüquq mühafizə orqanlarının niyə susduğunu özüm də başa düşə bilmirəm. Bu gün bu videonu araşdırmaqda məqsədim həm insanları belə saxta informasiyalara inanmamağa səsləmək, həm də adiyyatı qurumları bir daha məlumatlandırmaqdan ibarətdir. Sonda videonu TikTokda yayıldığı formada Sizlərə təqdim edirəm.
Murad Şahməmmədov














































.jpg)
.jpg)
.jpg)














































