Dağıntılar altında doğulan körpənin səhhəti yaxşıdır

Dağıntılar altında doğulan körpənin səhhəti yaxşıdır

10 Fevral 2023 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın gözü, qulağı Türkiyədən və Suriyadan gələn xəbərlərdədir. Suriyada dağıntılar altında dünyaya gələn körpə haqqındakı xəbər dünya mətbuatında ən çox izlənən xəbərlərdən biri kimi bu gün də gündəmdədir. Möcüzə nəticəsində sağ qalan körpənin səhhətinin yaxşılaşdığı açıqlanıb. Lakin o, zəlzələdə bütün ailəsini itirib.

Türkiyəni vuran ikiqat zəlzələ Suriyada da dağıntılara səbəb olub. Bir çox şəhərdə xilasetmə işləri davam edərkən, ölənlərin sayının 2 mini keçdiyi bildirilir. Dağıntılar altından çıxarılan yeni doğulan körpə ölkədəki ümidləri yenidən alovlandırıb. Hazırda sağlamlıq vəziyyəti ilə bağlı gözlənilən açıqlama ürəkaçandır. Həkimlər körpənin xəstəxanaya gətirilərkən vəziyyətinin son dərəcə pis olduğunu bildiriblər. Körpə bütün bədənində çoxsaylı qançırlar və göz yaşları ilə xəstəxanaya pis vəziyyətdə gətirilib. Şiddətli soyuqdan hipotermiya ilə gəlib. Onu qızdırıb kalsium verməli olduq deyən həkim səhhətinin yaxşılaşdığını bildirib. Eyni məlumatlara görə, dağıntılar altında dünyaya gələn körpənin anası Əfraa, atası Abdullah və 4 bacısı həyatını itirib. Körpənin əmisi xilasetmə işlərində şəxsən iştirak etdiyini və ailədən başqa sağ qalanların olmadığını bildirib.

Murad Şahməmmədov