Dağıntılar altından çıxarılan həyat yoldaşını zəlzələdə itirdiyi üç oğlunun yanında basdırıb

Dağıntılar altından çıxarılan həyat yoldaşını zəlzələdə itirdiyi üç oğlunun yanında basdırıb

15 Fevral 2023 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Hatayda zəlzələdə həyatını itirən xüsusi təyinatlı polis Ahmet Elibol meyitləri eyni binanın dağıntıları altından çıxarılan oğulları Adem Ahsen, Hüseyn Tuğrul və Muhammet Subutayın yanında dəfn edilib. Xəstəxanada olduğu üçün üç oğlunun dəfnində iştirak edə bilməyən Zehra Elibol bu gün həyat yoldaşı Ahmet Elibol üçün təşkil edilən dəfn mərasiminə əlil arabası ilə qatılıb. Zehra Elibol əri dəfn edilərkən “Ahmet, sən məni tərk edirsən” deyərək göz yaşı töküb.

Hatayda xidmətdə olan xüsusi təyinatlı polis Ahmet Elibol, həyat yoldaşı Zehra və oğulları Adem Ahsen, Hüseyn Tuğrul və Muhammet Subutay Elibol zəlzələdə dağılan evlərinin dağıntıları altında qalıb. Xilasedicilər zəlzələnin 4-cü günündə yaralanan Zəhra Elibalı xilas edib, onun 3 oğlu və ərinin cəsədlərini aşkar ediblər. Diyarbəkirdəki xəstəxanadan sonra Bucak Dövlət Xəstəxanasına gətirilən Zehra Elibol müalicə altına alınıb. Adem Ahsen Elibol, Hüseyin Tuğrul Elibol və Muhammet Subutay Elibolun cənazələri fevralın 11-də Bucakdakı Qul qəbiristanlığında torpağa tapşırılıb, anası Zehra Elibol isə xəstəxanada olduğu üçün dəfn mərasiminə qatıla bilməyib.

Murad Şahməmmədov