Yəqin ki, cabavdehlər cəzalanacaq, bəs itirdiklərimizi qaytara bilərik?

Yəqin ki, cabavdehlər cəzalanacaq, bəs itirdiklərimizi qaytara bilərik?

16 Fevral 2023 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın inşaat mühəndisi Yoşinori Morivaki 11 şəhərdə baş verən zəlzələləri CNN TÜRK-də qiymətləndirib. Morivaki binaların niyə söküldüyünü və nə etmək lazım olduğunu izah edib. Yaponiyanın inşaat mühəndisi Yoşinori Morivaki 11 şəhərdə baş verən zəlzələ zamanı dağılan binaların əksəriyyətinin tikinti normalarına uyğun olmadığını qeyd edib. Morivaki binaların niyə dağıdıldığı və nə edilməli olduğu haqda danışıb. Morivaki binaların niyə uçduğunun və nə etmək lazım olduğunun izahını verərkən xüsüsi ilə bildirib ki, binalarda tikinti zamanı çox az armaturdan istifadə edilib. Zəlzələyə qarşı izolyatordan ümumiyyətlə istifadə edilməyib. Hətta dağılmış bəzi binalarda xilasedicilərin beton layların əlləri ilə sökməsini hamımız video çarxlardan izləyə bilərik. Yaponiyanın inşaat mühəndisi Yoşinori Morivakinin bu cür açıqlaması, ortada böyük bir cinayət işinin olmasını bir daha təsdiqləyir. Yəqin ki, cabavdehlər cəzalanacaq, bəs itirdiklərimizi qaytara bilərik...

Murad Şahməmmədov