Ermənilərin Xocalı cinayətləri...

Ermənilərin Xocalı cinayətləri...

26 Fevral 2023 08:18
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı Soyqırımının 31-ci il dönümündə bu faktları oxuculara təqdim etməyi vacib saydım.Bu ona görə lazımdır ki, ermənilərin bu cinayətlərini unutmayaq.Və dünyanın ermənipərəst qüvvələri də onların bu vəhşiliyindən məlumatlı olsun.1992-ci ildə- hadisə baş verən günlərdə topladığım bu faktlar sonradan rəsmi sənədlərdə də təsdiqləndi.Həmin faktları oxuculara təqdim edirəm.

"ERMƏNİLƏR DIRNAQLARIMI QOPARIRDILAR"

Zülmün, işgəncənin hər formasını sınaqdan çıxarırdı ermənilər. Kimsəsiz, köməksiz xocalılara odlu nifrətlə yanaşır, istədikləri hərəkəti edirdilər. Bizim nağıllardan eşitdiyimiz işgəncə üsullarını ermənilər böyük mü¬vəf¬fə¬qiy¬yətlə dinc camaata - ağsaçlı anaya, köməksiz qadına, qocaya, körpəyə tətbiq edirdilər.

Xocalı sakini Cəmil Məmmədovun başına min bir oyun açıblar. 14 min manat pulunu alıblar. Naxçıvanikdə pəyəyə salıb 4 gün ac saxlayıblar. Sonra Əsgərana gətirib nəvəsini orda əlindən alıblar. Nə nəvəsindən, nə də arvadı və qızından xəbər tutmayan, nigaran qalan Cəmil Məmmədovun başına elə müsibət açıblar ki, ağrısı indi də canından çıxmır.

Cəmil Məmmədov: - 4 gündən sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım.

Erməni muzdurları ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar... Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdilər

"ERMƏNİ QƏBİRİSTANLIĞINDA BAŞLAR KƏSİLİRDİ"

Ermənilər həmin o məşəqqətli gündə əsir tutduqları azərbaycanlılarla istədikləri rəftarı edir, istədikləri işgəncəni verirdilər. Ermənilər neçə yüzilliyin ürəklərində yığılıb qalan nifrətini dinc camaatın üstünə tökürdülər. İnsanların diri- diri başını kəsirdi ermənilər.

Səriyyə Talıbova: - Bizi erməni qəbiristanına gətirdilər. Burada baş verənləri danışmağa çətinlik çəkirəm: 4 nəfər gənc mesxeti türkünü və 3 azərbaycanlını bir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər... Bundan sonra əsgərlər və yaraqlılar valideyinlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyi ilə meyidləri dərəyə tökdülər. İncan cildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərini dəldilər...

AZƏRBAYCANLILARIN GÖZLƏRİ ÇIXARILIRDI

Bəli, ermənilər həmin o hadisədə insanları dünyada ən şirin nemət olan göz işığından məhrum edir, sonra qətlə yetirirdilər. Ermənilər qəsdən belə zülmü edirdilər. Doğrudan da, əgər insanı öldürəcəksənsə, onda niyə işgəncə verib gözlərini çıxarırsan?

Həsənova Fitat, Xocalı sakini. - Yazıq qadına ermənilər görün hansı işgəncəni veriblər!

Başına vurub zədələyəndən sonra əl-qolunu bağlayıb bədbəxt qadının gözlərini çıxarıblar.

Məmmədova Məhruzə, Xocalı sakini. - Yazıq qadına verilən işgəncələr daha dözülməzdir. Ermənilər qadını necə əzabla öldürüblər! Baxın, diqqət edin, bu zülmə, bu vəhşiliyə! Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar köməksiz qadını. Sonra kinli ermənilərin ürəyi bununla da soyumayıb. Sonra qadının döş vəzilərini və burnunu kəsiblər.

YANDIRILANLAR

Hüseynov Şakir Mustafa oğlu.

- Şakir milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu bütövlükdə yandırıblar.

İmani Ağayar.

- Ağayar milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu da yandırıblar.

Məmmədov Saday.

- Saday milli orduda döyüşür, doğma torpağını qoruyurdu. Ermənilər Sadayı da yandırıblar.

Hüseynov Allahverdi Qulu oğlu.

- Heç bir günahı olmayan Allahverdini də qəddar ermənilər yandırıblar.

Rəcəbov Cəbrayıl Mehdi oğlu.

- Ermənilər Xocalıya girəndə Cəbrayılı əsir alıb əl-ayağını məftillə bağladılar. sonra üstünə benzin töküb yandırdılar.

Fərzəliyev Cahan Hümbət oğlu. Ermənilər qəddarlıqla onu yandırıblar.

Kərimov Firuz.Ermənilər onu da işgəncə ilə öldürüb yandırıblar

QADINLARIN DÖŞLƏRİNİ KƏSİRDİLƏR

Ermənilərin əsir qadınlara olan münasibəti insan rəftarından tamam uzaq idi. Əsir Xocalı qadınlar istənilən təhqirə və şəxsiyyət alçaqlığına məruz qalırdılar. Əsir qadınların gözü qabağında övladını öldürür, qətlə yetirirdi ermənilər. Qadınları ən ağır işlərdə işlədir, olmazın işgəncə verir¬dilər. Onların namusunu ləkələyir, ismətinə toxu-nur¬dular. Bununla da bu alçaq hərəkətlərlə də sakitləşmirdi er¬mənilər. Ürəklərindəki kin soyumurdu. Yazıq Xocalı qadınlarını işgəncə ilə öldürürdü ermənilər. Qadınların döşlərini kəsirdilər.

Kərimova Firəngül.

- Döşünü kəsdikdən sonra qulaqlarını kəsmişdilər. Sonra gözlərini çıxarıblar. Sonra da bədənini doğrayıblar.

Əzimova Dilarə Seydulla qızı.

- Döşü kəsilmiş, güllələnmişdir.

Məmmədova Tamara Səlim qızı.

- Döşləri kəsilmişdir. Gözləri çıxarılıb. Bədənində güllə yarası vardı.

CİNSİYYƏT ÜZVLƏRİ KƏSİLİRDİ

Erməni vəhşiliyini sübuta yetirən bir cəza üsuludur bu. Ermənilər dünyada ən qəddar və qatil adamların belə qəbul etmədiyi vəhşi "cəza üsulunu" azərbaycanlılara tətbiq edirdilər. Köməksiz, günahsız adamları içəridən qırıb məhv edir, sonra qətlə yetirirdilər.

Ermənilər əsir azərbaycanlıların cinsiyyət üzvlərini kəsirdilər.

Səlimov Bahadur. Xocalı sakini.

- Cinsiyyət üzvü kəsilmiş, sonra yandırılmışdır. Behbudova Sürəyya Yusif qızı.

- Cinsiyyət üzvünə çoxlu güllə vurulmuşdur.

Öldürülüb tanınmaz hala düşən çoxlu xocalının cinsiyyət üzvü kəsilmişdir

"ATAMI DİRİ-DİRİ YANDIRDILAR"

...Onlardan biri qabdakı benzini atanın ayaq¬la¬rına tök¬dü. Qəfildən hadisənin nə yerdə olduğunu anla¬dın. Yer¬dən sıçrayıb dəli bir qüvvə ilə özünü atanın üstünə at-dın. Onu əllərinlə qucaqlayıb qorumaq istədin. Ürək¬par¬ça¬la¬yan bir səslə dedin: "Dəyməyin, dəyməyin atama! Bu¬ra¬xın onu!". Yenə səni heç kim eşitmədi. Xain və xalım əllər bu dəfə səni daha uzağa tulladı. Yerə döşənmiş halda əzilən bə¬dəninin əzabına bürünmüş vəziyyətdə nigarançılıqla ata¬na baxdın. Ermənilər ayaqlarına benzin tökülmüş atanı yan¬dırdılar. Yandırmazdan qabaq atana dedilər: "Ucadan de ki, bu torpaq ermənilərindir!" Atan qətiyyətlə dedi: "Yox, bura bizim topaqdır!".

Atanı yandırdılar. Əvvəl ayaqlarını yandırdılar. Atan dö¬zə bilmədi. Məftilə sarınmış bədəni bir neçə dəfə çır¬pı¬nıb, çırpınıb dayandı. Başı çiyninə düşdü. Sonra ermənilər ben¬zin töküb atanı bütöv yandırdılar. Artıq atan yox idi. Sarın¬mış məftildə onun meyidi görünürdü. Sən hıç¬qı¬ra-hıçqıra bu dəhşətli hadisəyə baxırdın. Sənin göz yaşların axır¬dı. Ata həsrətli acı göz yaşları. Amma ermənilərin üzü gü¬lürdü, təbəssümlü idilər. Elə o xoş təbəssümlə sənə ya¬xın¬laşıb dedilər: "İndi çıx get, indi gedə bilərsən! Səni öl¬dür¬mürük!" Sən yazıq bir halda sakitcə ayağa qalxdın. Son də¬fə bayaq atan bağlanan ağaca baxdın. Sevimli atan yox idi artıq.

Onun qaralmış, qorxulu görkəmə düşmüş meyidi gö¬rü¬nürdü. İçini acı neştər doğraya-doğraya dönüb bir də tə¬bəs¬sümlə gülümsünən ermənilərə baxdın. Hər çeyi başa düş¬dün. Hər şey sənə bəlli idi. Ermənilərin niyə təbəssüm için¬də olduğunu da anladın. Ermənilər türk atanı, mərd Tə¬vəkkülü öldürdüyünə görə sevinirdilər.

QIRX DOQQUZ QOHUMUN AĞRISI

Ələkbərov Vəkili bayaqdan gözləyirəm. Söhbəti hardan başlayacağımı, hansı suallar verəcəyimi isə bilmirəm. Çoxdandır ki, xocalılarla söhbət edirəm, ağır dərdlərini dinləyirəm. Həmişə də ilkin anda böyük sarsıntılar içində qalıram. Çünki yaralı, zavallı xocalılar o ağır günün müsibətini elə bircə sözlə deyirlər: qardaşım ölüb, anamı öldürüblər, oğlum güllələnib, qızım donub, qohumlarım girovdadır və s. böyük müsibətlər içində yanan xocalılar əzab çəkir fevral faciəsini xatırlamağa.

ANA BALASINI BOĞUR...

Dəyişir, dəyişir ruhi bəşər! Dəyişir bütün var¬¬lıq, yer, dün¬ya, insan! Dəyişir gördü¬yü-müz aylı, ulduzlu kainat! Də¬yişib sönür, sol¬ğun çırağa dönür hər alovlu istəyimiz, mü-qəddəs arzu¬muz! Bəs öyrəşdiyimiz ruhu bəşəri dəyişən, hök¬mü verən ki¬midir, kim! O qüvvətə, o gücə sahib kimdir axı! Əlbəttə ki, insan! Əlbəttə ki, onun istəyi, əqli, dü¬şün-cə¬si, zülmü, rə¬him¬dilliyi. İnsanı dəyişən də, başqalaşdıran da onun özü¬dür, öz hökmüdür!

...Bax bu qadın da insanın zülmkar hökmü ilə dəyişib. Se¬vinmə, cocuğunu bayaqdan bağrına basıb duz kimi ya¬la¬yan bu qadın əsrin ən böyük cinayətini edib. Məc¬bu¬riy¬yət¬dən, min bir işgəncənin, namusun toxunulmazlığından atıb bu addımı qadın!

Müşgünaz əsəbi halda deyir: - Bəli, öz əllərimlə bax bu beşikdə yatan qızımı boğmuşam. Başqa çıxış yolum yox idi. Nə qədər ağır olsa da, işgəncəli olsa da mən bu addımı at¬dım. Öz doğma övladımı, iki yaşlı qızımı boğdum. Ca¬ma¬atı və özümü murdar ermənilərin əlinə verməməkdən öt¬rü uşağımı boğdum əllərimlə. Çünki uşağ ağlayır, qış-qırır¬dı, sakitləşmək bilmirdi. Baxdım ki, belə getsə ermənilər gə¬lib gizləndiyimiz yeri tapacaqlar. Yazıq uşaqda da günah yox idi. O şaxtanın, soyuğun qabağında ac-susuz necə dö¬zəy¬di? Evdən də elə tələsik çıxmışdıq ki, heç bir şey götürə bil¬məmişdik.

Nəsiman Yaqublu