Dünya tarixdə yaşanmış ən böyük brilliant oğurluğu

Dünya tarixdə yaşanmış ən böyük brilliant oğurluğu

28 Fevral 2023 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Niderlandda baş vermiş bu soyğunda oğruların dəyəri 100 milyon dollardan çox olan brilliantları oğurladığı üzə çıxmışdır. Bu oğurluq Amsterdamın Schiphol hava limanında ağılları başından alan soyğunçuluq hadisəsi kimi yaddaşlarda qalmışdır. Silahlı şəxslər KLM Hava Yollarının yük yerinə basqın edərək, zinət əşyaları ilə yüklənmiş avtomobili qaçıraraq oradakı işçiləri heyrətə salmışdılar. Zirehli furqon bir müddət sonra hava limanı yaxınlığında tərk edilmiş vəziyyətdə boş tapılmışdı. Hələ o zaman 27 fevral 2005-ci ildə verilən açıqlamada oğurlanan zinət əşyalarının dəyərinin 100 milyon dollardan çox olduğu bildirilib. ABŞ-dakı Zərgərlik Sərgisindən gətirilən daş-qaşlar Amsterdam vasitəsilə Belçikaya aparılmalı idi. Nəqliyyat vasitəsinə baxış keçirən mütəxəssislərin sözlərinə görə, bəzi daşlara heç vaxt toxunulmaması işin peşəkarlar tərəfindən görülməsinə və aylar öncədən planlaşdırıldığına sübutdur. Amma quldurların brilyantları satması demək olar ki, mümkün deyildi. Çünki hər daşın öz rekordu var idi...

Murad Şahməmmədov