ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ - “QƏLƏBƏ NƏĞMƏSİ”

ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ - “QƏLƏBƏ NƏĞMƏSİ”

6 Noyabr 2023 07:31
Bəyəndim (3) Bəyənmədim (0)

Vətənpərvər müğənni, Bilgəh Mədəniyyət Evinin metodisti Vəsilə Quliyeva Şanlı Zəfərimizə həsr olunmuş “Qələbə” mahnısını tamaşaçılara təqdim edib. Sözləri Səadət Osmanqızına, musiqisi bəstəkar Arif Səlimova məxsus mahnıya gənc rejissor Emil Hüseynov tərəfindən klip çəkilib. Klipdə igid əsgərlərimizin şücaəti, ordumuzun gücü, Ali Baş Komandanımızın komandan kimi qüdrəti öz əksini tapıb. Həmçinin klipdə qazimiz Səxavət Salmanov da yer alıb. Bununla yanaşı “Azərbaycan”, “Xalq Heydər söyləyəcək”, “Xudayar təsnifi”, “Şəhidlər” adlı mahnıları da Vəsilə Quliyeva klip şəklində igid oğullarımıza ərməğan edib.

Əsgərlərimizə konsertlər verən müğənni müntəzəm olaraq şəhid ailələrimizə, qazilərimizə baş çəkir, öz dəstəyini göstərir.

Vətənpərvər müğənnimizin vətənpərvər fəaliyyəti, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində gördüyü işlər “Mətbuat” firması tərəfindən dəyərləndirilərək “İlin Vətənpərvər müğənnisi” mükafatı ilə təltif olunub.

Qeyd edək ki, Vəsilə xanımın digər adını çəkdiyimiz klipləri və musiqi nömrələri də Emil Hüseynov tərəfindən ekran həllini tapıb. Emil Hüseynov Dünya Televiziyasında çalışır və oranın aparıcı əməkdaşıdır. Kliplərin ideya müəllifləri isə jurnalist Alim Nəbioğlu və jurnalist-rejissor İsa Rəvandır. Vətənpərvərlik yollarında sevilən Vəsilə xanıma uğurlar arzulayırıq. Onun bu addımları bayağı mahnılarla gündəmi zəbt edən, zövqləri korlayan ifaçılara bir örnək olmalıdır.

Sön söz əvəzi: Vətənpərvərlik sözdə deyil, əməldə həyata keçirilir!

Oxuməni.az