Masallı şəhər Heydər Əliyev Mərkəzində "Açıq qapı" günü
Masallıdan müxbirimiz Əlihüseyn Şükürovun Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən bildirir ki, dünən, 27 sentyabr 2016-cı il tarixində saat 10:00-dan başlayaraq Masallı şəhər Heydər Əliyev Mərkəzində "Turizm işçiləri günü" münasibəti ilə ekskursiya təşkil edilmişdir.
Ekskursiyada Masallı Dövlət Regional Kollecin tələbələri, Masallı rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak etmişdir.
Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş ekskursiya zamanı mərkəzin direktoru Dilbər İbayeva "Azərbaycanda Turizm" mövzusunda çıxış edərək Azərbaycan eləcə də Masallı rayonunun Turizm sektorundakı inkışafından geniş bəhs etmişdir.
Sonra ekskursiya iştirakçılarına "Azərbaycan Turizmi" haqqında videoçarx nümayiş olunmuşdur.
Əlihüseyn Şükürov





































.jpg)
.jpg)
.jpg)






















































