Şahməmməd 72 : Zəmanəsinə sığmayan şair

Şahməmməd 72 : Zəmanəsinə sığmayan şair

6 Avqust 2019 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Polis” qəzetinin keçmiş baş redaktoru, ehtiyatda olan polkovnik Şahməmmədin (Şahməmmədov Şahməmməd Gülməmməd oğlu) 72 yaşı tamam olur. Poeziyaya gəldiyi ilk günlərdən özünəməxsus istedadı ilə diqqəti cəlb edən və qısa müddətdə on minlərlə şeir, söz həvəskarının sevimlisinə çevrilən Şahməmmədin ədəbi yaradıcılıq yolu da olduqca genişəhatəlidir. Şahməmmədin şeirlərində dağ qüruru, bulaq saflığı, şirinlik var. Bu da təsadüfi deyil. 1947-ci ildə Ağsu rayonun Ləngəbiz kəndində anadan olan Şahməmməd hələ məktəbdə oxuduğu illərdən təbiətin gözəlliyindən ilhama gələrək yazar, ülvi hisslərini dəftərə köçürərdi. Poeziyaya böyük məhəbbəti olsa da tale onu Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə gətirib çıxardı. Ali məktəbdə oxuduğu illərdə bədii yaradıcılığını davam etdirdi. Həyatını insanların haqq səsinin qorunmasına həsr edən Şahməmməd 1982-1984-cü illərdə SSRİ Daxili İişlər Nazirliyinin Akademiyasında davam etdirdi və bir çox məsul vəzifələrdə çalışdı . Buna paralel olaraq o, Moskvada Mədəniyyət Universitetini də uğurla başa vurdu. Haqq və ədalətin keşiyində dayanan və qanun pozucularına qarşı amansız olan Şahməmməd həm də ədəbi yaradıcılığını davam etdirdi. Ədəbi sahədə qazandığı uğurlara görə, Şahməmməd bir çox ədəbi mükafatlara, o cümlədən “Araz Ali-Ədəbi”, “Qızıl qələm” və “Zərdabi” mükafatlarına layiq görüldü.
“ Polis”qəzetinin baş redaktoru işlədiyi dövrlərdə Şahməmmədin ədəbi yaradıcılığında yeni ədəbi zirvələrin fəthi erası başladı. Şahməmməd olduqca məhsuldar şairdir. Bu günə kimi onun 30-dan çox kitabı, o cümlədən 5 cildlik seçilmiş əsərləri işıq üzü görüb. Şahməmməd bu gün də ədəbi-bədii yaradıcılığını davam etdirir və yorulmaq bilmədən yazmaqda davam edir. Həyatının 72-ci baharında Şahməmməd müəllimə yeni yaradıcılıq uğurları və uzun ömür arzulayırıq: Başınız üstündə səma həmişə tərtəmiz olsun Şahməmməd müəllim.
Emin Axundov