VİDEO: “O gün səfil bir qızın ad günü idi”
Bazarda adətən ərzaq və kənd təsərrüfatı məhsulları satılır. Ancaq o gün anladım ki, müasir cəmiyyət bütövlükdə insani keyfiyyətlərin alınıb-satıldığı böyük bir bazardır.
El arasında "Yaşıl bazar" kimi tanınan satış obyektində kimsəsiz bir ailə ilə rastlaşdım. Ailə ana və qızından ibarət idi. Sən demə, həmin gün qızın ad günü idi. O isə həmişə olduğu kimi taleyin acı "payını" almışdı. Daha doğrusu, səfilliyin tənələrinə dözməli olurdu. Eyni havanı udduğumuz, eyni torpağa ayaq basdığımız bu insanlar bizə yaxın olduqları qədər də uzaq idilər. Ona görə də onların iç dünyasına yaxın olmaq istədim. Belə məlum oldu ki, əslində, atılmışlar bizlərik. Biganəliklə, soyuqqanlıqla, qəddarlıqla insanlıqdan uzaqlaşmaqda olan cəmiyyətin üzvləri kimi hər birimiz özümüzdən uzaqlaşmışıq. Məni sərt kəlmələr işlətməkdə ittiham edənlərə isə bir sualım var: "Siz onları tanıyırdınızmı?"
Mehriban Bəylərqızı
O.M.









































.jpg)
.jpg)
.jpg)


















































