Azərbaycanlı qız məşhur kino ulduzu Vandamın oğluna ərə gedib

Azərbaycanlı qız məşhur kino ulduzu Vandamın oğluna ərə gedib

17 İyun 2021 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Məhşur kino ulduzu Jan-Klod Van Dammın oğlu həmyerlimiz Suadə Hacızadə ilə ailə qurub.

Oxuməni.az xəbər verir ki, cütlüyün nikah fotoları sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Kris van Damm 1987-ci ildə Los-Ancelesdə anadan olub. O, aktyor və kinorejissordur.

Məlumat üçün bildirək ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla yazıdıb.

2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.

Fotoları təqdim edirik:

Vandamın oğlu azərbaycanlı qızla evləndi -  Fotolar

Vandamın oğlu azərbaycanlı qızla evləndi -  Fotolar

Vandamın oğlu azərbaycanlı qızla evləndi -  Fotolar