Toyda oynamaq üçün maska taxmaq məcburi olacaq

Toyda oynamaq üçün maska taxmaq məcburi olacaq

23 İyun 2021 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 1-dən sonra keçirilməsinə icazə verilən toylarda insanların masalardan uzaqlaşıb cəmləşərək rəqs etməsinə icazə verilib-verilməyəcəyinə aydınlıq gəlib.

Oxuməni.az xəbər verir ki, toylarda rəqs etməyə müəyyən şərtlərlə icazə verilir.

Belə ki, 50 nəfərədək qonaqlarla keçirilən toy mərasimlərində vətəndaşlar masadan uzaqlaşarkən maska taxmalıdırlar.

Buna görə də bu şənliklərdə rəqs edərkən maska taxmaq məcburidir. Lakin 50 nəfərdən 150 nəfərədək toylarda iştiraka COVID-19 pasportu ilə icazə verilir və bu məclislərdə maska taxmaq tələb olunmur.

Bundan başqa, məhdudiyyət qoyulan 50 və 150 nəfərədək saya musiqiçilər, müğənni, tamada və ya restoranın işçi kollektivi daxil deyil. Müəyyən edilən say yalnız qonaqlara, toy iştirakçılarına aiddir.