Biz beyin cəlb edirik, özümüz isə axmaq yetişdiririk – ABŞ alimi

Biz beyin cəlb edirik, özümüz isə axmaq yetişdiririk – ABŞ alimi

2 İyul 2021 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu York Universitetində çalışan yapon əsilli amerikalı fizik Miçio Kaku ABŞ elmi haqqında sensasion fikirlər səsləndirib.

Oxuməni.az xəbər verir ki, alim ABŞ təhsilini pisləyib və ölkəni Avropanın ən yaxşı beyinlərini cəlb etməkdə günahlandırıb.

Kaku deyib ki, ABŞ digər ölkələrdən ən pis təhsil sisteminə görə fərqlənir:

“Nəyə görə ABŞ-da bu qədər çox dahi alim var? Amerikalı məzunların biliyi hətta üçüncü dünya ölkələrindən də aşağıdır. Bəs necə olur ki, ABŞ-ın elmi elitası ən yüksək mövqeyi hələ də öz əlində saxlayır, çökmür?! Bu necə olur, axı biz axmaq bir nəsil yetişdiririk. Bizim TV-lərə, realiti şoulara baxın!

Və mən bunun səbəbini sizə deyirəm: Amerikanın bir gizli silahı var - əcnəbi alimlər üçün viza! Unudun Quqlu, Silikon Vadisini - bütün bunları amerikalılar yox, miqrantlar yaratdı. ABŞ dünyanın - Hindistanın, Çinin, Rusiyanın, Avropanın ən yaxşı beyinlərini özünə çəkir. Özümüz isə ancaq axmaqlar yetişdiririk”.