Teatr və kino aktrisası İnna Çurikova 79 yaşında vəfat edib

Teatr və kino aktrisası İnna Çurikova 79 yaşında vəfat edib

15 Yanvar 2023 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ xalq artisti Anna Çurikova vəfat edib

Teatr və kino aktrisası İnna Çurikova 79 yaşında vəfat edib.

Oxuməni.az xəbər verir ki, Lenkom Mark Zaxarova Teatrının direktoru Mark Varşaver aktrisanın xəstəxanada ölməsi ilə bağlı Rusiya xəbər agentliklərinə açıqlama verib.

İnna Çurikova daha çox "Morozko", "Başlanğıc", "Eyni Münxauzen", "Vassa", "Şirli Myrli" filmlərində, həmçinin "İdiot" serialındakı rolları ilə tanınır.

Aktrisanın karyerası 1965-ci ildə M. S. Şçepkin adına Teatr Məktəbini bitirdikdən sonra başlayıb. Əvvəlcə Moskva Gənclər Teatrında, sonra müqavilələr əsasında müxtəlif teatrlarda çalışıb və 1975-ci ildə Moskvada "Lenin Komsomolu Teatrın" - nın(indiki - Lenkom) aktrisası olub.

1970-ci ildə İnna Çurikova "Başlanğıc" filmindəki Janna Dark rolu sayəsində "Sovet ekranı" jurnalının sorğusuna görə "Ən yaxşı aktrisa" olub.

1991-ci ildə "Aktrisa" nominasiyasında 1991-ci ildə "NİKA" mükafatı almış, elə həmin il "SSRİ xalq artisti" adına layiq görülmüşdür.

Uzun karyerası ərzində İnna Çurikova 81 filmdə rol alıb. Onların bir neçəsini onun əri, məşhur rejissor Qleb Panfilov lentə alıb. Onun iştirakı ilə son filmi "İvan Denisoviç" 2021-ci ildə ekranlara çıxıb.

Son günlər aktrisa ağır xəstə idi, lakin yaxınları sağalacağına ümid edirdi.

"Belə oldu. Heç kim gözləmirdi... Yaraya duz sürtməyin... Çox ağrıyır. Daha dözməyə gücüm yoxdur", - Qleb Panfilov jurnalistlərlə söhbətində deyib.

Fuad, Oxuməni.az