Dünya şöhrətli  italiyalı aktrisa Cina Lollobricida vəfat edib

Dünya şöhrətli  italiyalı aktrisa Cina Lollobricida vəfat edib

17 Yanvar 2023 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Cina Lollobricida 95 yaşında vəfat edib. Aktrisa 1952-ci ildə ekranlara çıxan "Fanfan-Tulpan" filmindəki rolu sayəsində məşhurlaşıb.

Oxuməni.az DW.de xəbər agentliyinə istinadən xəbər verir ki , axşam yanvarın 16-da İtaliyalı aktrisa Cina Lollobricida vəfat edib.

O, 1927-ci ildə İtaliyanın Roma yaxınlığındakı Subiako şəhərində mebel ustası ailəsində anadan olub. Aktrisa 1950-ci illərin əvvəllərində Kristian-Jakın rejissorluğu ilə çəkilmiş "Fanfan-Tulpan" (1952) və Jan Delannoyun çəkdiyi "Notr-Dam de Paris" (1956) filmlərində rol alaraq şöhrət qazanıb.

1954-cü ildə Lollobricida rejissor Luici Komençininin çəkdiyi "Çörək, sevgi və fantaziya" filmindəki baş rola görə İtaliya Kino Tənqidçilərinin "Gümüş lent" mükafatına, 1956-cı ildə isə, amerikalı rejissor Robert Leonardın "Dünyanın ən gözəl qadını" filmində "Ən yaxşı aktrisa" nominasiyasında baş rola görə, "David di Donatello" mükafatına layiq görülüb.

Cina Lollobricida ötən əsrin 50-60-cı illərinin ən uğurlu aktrisalarından biri hesab olunur,o, ümumilikdə 60-dan çox filmdə rol alıb. Aktrisa İtaliya Respublikasının "Xidmətlərə görə" ordeni ilə təltif edilib, eyni zamanda Fransanın Fəxri Legion ordeninin şvalyeri olub. 2018-ci ildə onun adı ilə bir ulduz Los-Ancelesdəki Hollivud Şöhrət Xiyabanında quraşdırılıb.

E.Axund, Oxuməni.az