Xalq artisti Aleksandr Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Xalq artisti Aleksandr Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

9 Fevral 2023 18:41
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev fevralın 9-da Xalq artisti Aleksandr Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, fəxri diplom A.Şarovskiyə Azərbaycanda teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru olan Aleksandr Şarovski ötən illər ərzində səhnədə 50-dən çox obraz yaradıb, 4 kinofilmdə çəkilib, 54 tamaşaya quruluş verib.

Xalq artisti həm də Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.