“Deyirdi ki, xəbərləri sən oxuma, çünki çox cavan görünürsən, sənə heç kim inanmayacaq”

“Deyirdi ki, xəbərləri sən oxuma, çünki çox cavan görünürsən, sənə heç kim inanmayacaq”

19 Fevral 2023 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

“Anam dedi ki, bir artistimiz əskik idi, çox ciddi qadın idi...

“Azərbaycan Dillər Universitetinin inglis dili fakültəsində 4-cü kursda oxuyurdum. Bədii-qiraət dərnəyimiz var idi, Müxlis Cənizadə bizə dərs keçirdi. Şeirim çox xoşuna gəlmişdi. Mənə dedi ki, televiziyada bədii qiraət dərnəyi açmaq istəyirəm, səni də ora dəvət edirəm. Dedim ki, olar anamdan icazə alım?! Dedi, hə. Mənim anam ciddi qadın idi. Anama deyəndə, dedi ki, bir artisitmiz əskik idi. Bu sözü gəlib Müxlis müəllimə dedim. Sonra o dövlət televiziyasına gəlib, məni burada görəndə dedi ki, “qız, anan sənə necə icazə verdi?”. “O vaxt elanla, müsabiqə yolu ilə mən doğma kanalıma seçilmişəm”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Həqiqət Əsgərzadə deyib. Məşhur diktor daha sonra ötən illəri xatırlayıb.

“1966-cı ildə televiziyaya gələndə 10 il idi ki, televiziya yaranmışdı. Üstündən 1 ay yarım keçmiş məni Kiyev şəhərinə göndərdilər. O vaxt SSRİ-nin mədəniyyət günləri Ukraynada keçirilirdi. Sovetlər Birliyinin bütün respublikalarından diktorlar, incəsənət xadimləri gəlmişdi. Mən o vaxt heç böyük səhnəyə çıxmamışdım, amma orada böyük səhnəyə çıxdım. Cavan olduğuma görə qətiyyən məndə həyəcan hissi yox idi. 1982-ci ildə isə Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçirilirdi. Biz Rafiq Hüseynovla birlikdə getmişdik. Əfsuslar olsun ki, o lent yazıları indi məndə yoxdur. Yeni gələn diktorları 20 günlük Moskvaya göndərirdilər, ali dərəcəni də bizə Moskva verirdi” deyə Həqiqət Əsgərzadə deyib.

Xalq artisti bildirib ki, uğur qazanmağın bir yolu var, o da sənətini sevməkdir.

“Elə vaxt olurdu ki, diktor işə götürürdülər, bir neçə dəfə efirə çıxırdı, sonra bəyənmirdilər. Biz diktorları həmişə tamaşaçı burada saxlayıb. Ona görə biz öz tamaşaçılarımıza minnətdarıq. Bu neçə illər ərzində biz tamaşaçı sevgisi, tamaşaçı məhəbbəti qazanmışıq. Bu günki aparıcılara da tövsiyyəm odur ki, sənətlərini sevsinlər. Sənətlərini sevsələr enerjiləri də, həvəsləri də olacaq. Biz diktorlar efirə çıxırdıq, tamaşaçı üçün işləyirdik, amma özümüzü sevdirməyə çalışmırdıq ki, o tamaşaçı bizi sevsin, bu tamaşaçı bizi sevsin. Biz işimizi görürdük. Bizi görəndə deyirlər ki, yaxşı ki, varsınız. O dəqiqə bütün köhnə diktorların adlarını çəkirlər” deyə diktor bildirib.

Həqiqət Əsgərzadə bildirib ki, bu gün aparıcılar efirə dəvət etdikləri qonağa danışmağa imkan vermir.

““Yada düşər xatirələr” verilinin aparıcısı olmuşam. Mən o verilişə hazırlaşıb gəlirdim. Qonaq gəlirdi, imkan yaradırdım ki, o danışsın. Bəzən efirdən deyirdilər ki, “Həqiqət, sən niyə danışmırsan?”. Deyirdim ki, mən ona sual verdim, gözləyirəm ki, o danışsın. Çünki mən hər gün efirdəyəm. Qonağı danışsın deyə çağırmışıq da. O vaxt xəbərlər oxumaq istəyirdim. Rafiq Hüseynov deyirdi ki, “xəbərləri sən oxuma, çünki çox cavan görünürsən, sənə heç kim inanmayacaq”. Bunu çox istəyirdim, nail olub, oxudum da. Mən fəaliyyətimə uşaq verilişləri ilə başlamışam. Elə verilişlər aparmışam ki, səyyar kameralarla uşaq bağçalarına, məktəblərə gedirdik. “Yelkən” adlı uşaq verilişim də var idi. O verilişi Nəbi müəllim yalnız mənim üçün yaratmışdı. Məndən başqa “Yelkən” i heç kim aparmadı” deyə diktor Həqiqət Əsgərzadə bildirib.