"Əqrəb bürcündən olduğumu ondan gizlədim" - Madonnaya yalan danışan məşhur rejissor

"Əqrəb bürcündən olduğumu ondan gizlədim" - Madonnaya yalan danışan məşhur rejissor

23 Mart 2023 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda podkastda iştirak edən məşhur rejissor Rayan Merfi illər sonra dünya şöhrətli müğənni Madonna ilə bağlı maraqlı etiraflar edib.

Oxuməni.az xəbər verir ki, Rayan Merfi Madonnaya yalan danışdığını deyib.

"Mən Nyu Yorka uçdum və Madonna ilə ilk dəfə görüşəcəkdim. Tom Rozenberqlə birgə liftlə yuxarı qalxırıq, birdən o mənə sarı dönüb, soruşdu: Ad günün nə vaxtdı?. Sualı tam anlamadım, Tom yenə təkrar etdi. "Ad günün nə vaxtdır?" Mən "9 noyabr" dedim. O soruşdu: "Əqrəbsən?" Dedim, bəli. Dedi, Madonnaya bunu demə, çünki səni işə götürməz. Bunun nə demək olduğunu ondan soruşdum. Dedi, ona əqrəb bürcü olduğunu qəti demə, de ki, başqa bürcdənsən. Sonra Madonna ilə görüşdüm. O məndən soruşdu: "Nə vaxt doğulmusan?". Tomun məsləhətinə əməl etdim, və Madonnaya anamın ad günü tarixini - sentyabrın 3-nü söylədim. O da “Oh, sən Qız bürcüsən" dedi. Biz foyeyə enəndə işə götürüldüyüm xəbəri gəldi. Əqrəb məsələsini heç başa düşmədim, bəlkə də aralarında zarafat idi, amma çox gülməli vəziyyət yaranmışdı"- deyə rejissor bildirib.teleqraf.com