"Qızıma görə üsyan etdim, üç il sonra..." - Tanınmış türk aktrisa

"Qızıma görə üsyan etdim, üç il sonra..." - Tanınmış türk aktrisa

15 Aprel 2023 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

“Allah heç kəsi övladı ilə sınağa çəkməsin. Mən Allaha üsyan etdim. O vaxt Allaha "niyə mənə yox, övladıma" deyib üsyana qalxdım, üç il sonra mən də xərçəngə yaxalandım”.

Oxuməni.az Türkiyə mətbuatına istiadən xəbər verir ki, bunu Yeşilçamının məşhur aktrisası Hülya Koçyiğit Türkiyədə "Xərçənglə Mübarizə Həftəsi" çərçivəsində keçirilən tədbirdə deyib.

Qızından və xərçənglə mübarizəsindən danışan Hülya Koçyiğit diqqətçəkən açıqlamalar verib:

“Qızım xərçəngdən xilas olduqdan sonra bayram etmək üçün dağa çıxdıq. Uşaqlar xizək sürürdülər. Mən də xizəklə üzü aşağı enərkən divara çırpıldım. Tətildən qayıdanda ağrılarım davam edirdi. Həkimə getdik, müayinə olundum. Dəqiq bir cavab verilmədi.

Nyu-York səyahətində olarkən həkimə baş çəkdim. Mənə dedi ki, dərhal biopsiya olunmalısan. Olundum və mənə ağciyər xərçəngi diaqnozu qoyuldu. Həkim dedi, indi əməliyyat etsəm, kimyaterapiyaya ehtiyac qalmayacaq, xərçəng də keçəcək. Mən vaxt istəyirdim. Bu, asan qərar deyildi. Həm də əməliyyata fobiyam var.

Nəhayət, qərara gəldim və əməliyyat olundum. Türkiyəyə qayıdandan sonra burdakı həkimin soruşdu ki, niyə orada əməliyyat olunmağa ehtiyac hiss etdin? Bu gün belə bir şeylə qarşılaşsam, tərəddüd etmədən özümü türk həkimlərinə etibar edəcəm”.Teleqraf.com