"AzDrama"dan çaqqal səsləri gəlir"

"AzDrama"dan çaqqal səsləri gəlir"

22 Aprel 2023 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Bəzi çaqqal səsləri gəlir "drama"dan... Çaqqalın işi ulamaqdır... Unutmayın!".

Oxuməni.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov sosial şəbəkə hesabında yazıb. Aktyorun sözləri müzakirələrə səbəb olub.

Onun sözlərinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir neçə aktyor da dəstək olub.

Aktyor Elçin Əfəndi "Çaqqalların səsinin kəsilməsi canavarların başını qaldırmasına qədərdir" deyə, cavab verib.

F.Hüseynovun paylaşımına "əla" işarəsi qoyanlardan biri də aktyor Mətləb Abdullayev olub.

Qeyd edək ki, AzDrama-nın direktoru, Xalq artisti Azər Paşa Nemətov günlər öncə vəfat edib. Onun ölümündən sonra bir neçə aktyor mərhumun ünvanına qalmaqallı statuslar paylaşıb. Elçin Əfəndi isə feysbukda status paylaşaraq, həmin şəxsləri tənqid edib.