"Rasim Ocaqov "Təhminə" filmini yandırmaq istəyirdi"

"Rasim Ocaqov "Təhminə" filmini yandırmaq istəyirdi"

24 Aprel 2023 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli aktrisa Meral Konrat rejissorluğunu Rasim Ocaqovun çəkdiyi"Təhminə" filmindən danışıb.

"Gündən günə" verilişində qonaq olan sənətçi ekran işinin iki dəfə lentə alındığını bildirib:

"Təhminə" filmində tərəf müqabili olaraq Adel adlı rusiyalı aktyorla çəkilişlərə başlamışdıq. Yarısına qədər lentə almışdıq. Amma filmə başlamadan öncə Fəxrəddin Manafovla tanış olmuşdum. Çəkilişlər arasında Türkiyəyə gedib qayıdırdım. Rejissor Rasim Ocaqov mənə zəng vurdu ki, filmi izlədim, çox pisdir, bəyənmədim. Qorxdum ki, nə olub? Adeli bəyənmədiyini dedi. Filmi yandırmaq istədiyini söylədi. Həmin vaxtlarda filmi çəkmək çox çətin idi, böyük pullar xərclənirdi. Yenidən çəkəcəyini söylədi. Baş rolda Fəxrəddin Manafovun olacağını dedi, mən də razılaşdım. Fəxrəddini çox sevirəm. Həqiqi mənada ürəyimdədir".

Qeyd edək ki, film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında 1993-cu ildə ekranlaşdırılıb.