Farrux Zokirov Gülyanağı izləməyə gəldi

Farrux Zokirov Gülyanağı izləməyə gəldi

10 İyun 2023 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədov yenidən Özbəkistanda solo konsert verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Axşam.az-a açıqlamasında danışan xanəndə tədbirin iki gün keçirildiyini bildirib. G.Məmmədov bildirib ki, konsertlər Ulu öndər heydər Əliyevin 100 illik yubileyi çərçivəsində baş tutub:

"Mayın 29-da Özbəkistana yenidən dəvət aldım. Özbəkistanda musiqi günləri çərçivəsində iki solo konsertim oldu: Səmərqənd və Daşkənddə. "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı tədbirlərin keçirilməsində orada olan Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməyi danılmazdır. Bütün bu konsertlərim Özbəkistanla Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçündür. İllərdir Özbəkistana üz tuturam. Hər dəfə də konsertlərim maraqla qarşılanır. Daşkənddə keçirilən konsertə Özbəkistanın Xalq artisti Farrux Zokirov da qatıldı. Tədbirdə sənətçi İlham Abdullayev çıxış etdi. Yıdız Turdiyeva da gecədə yer aldı".