Jerar Depardye şəxsi kolleksiyasını satır

Jerar Depardye şəxsi kolleksiyasını satır

16 İyun 2023 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fransız aktyoru Jerar Depardyenin şəxsi kolleksiyasından olan yüzlərlə incəsənət əsəri sentyabrda hərraca çıxarılacaq. Jerar Depardyenin şəxsi kolleksiyasından olan rəsm və heykəllər Parisin Ader hərrac evində hərraca çıxarılacaq. Təşkilatçıların sözlərinə görə, bu, fransız aktyorun karyerası ərzində topladığı incəsənət əsərlərinin yalnız bir hissəsidir.

Hərrac sentyabrın sonunda baş tutacaq. İki yüzdən çox rəsm və heykəltəraşlıq əsəri olan satışa çıxarılan incəsənət əsərlərinin siyahısı hələ dəqiqləşdirilir. Onların ümumi təxmini dəyəri 3-5 milyon avro arasındadır.

David Nordmann, Ader hərracçısı: "Onun evindəki bu sənət əsərləri bir-birinin yanındadır. Əslində onlarla oynamağı xoşlayır. Jerar Depardyenin əsərlərindən heç biri divardan asılmır. Bu, çox qeyri-adidir".

Filmlərdə fəal rol oynamağa davam edən Jerar Depardyeyə qarşı son zamanlar bir sıra cinsi zorakılıq ittihamları yenidən gündəmə gətirilib. Söhbət 2004-2022-ci illər arasında çəkilişdə baş verdiyi iddia edilən 13 işdən gedir. 2021-ci ildən bəri aktyor aktrisaya təcavüz və cinsi istismarda şübhəli bilinərək istintaq altındadır.

Murad Şahməmmədov