“Valideynlərimin məzarını tapacağım günə ümidliyəm, sonra ölsəm də dərdim olmaz”

“Valideynlərimin məzarını tapacağım günə ümidliyəm, sonra ölsəm də dərdim olmaz”

30 İyun 2023 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənilər ömür boyu bizə pislik ediblər. Nəinki özümüzə, həmçinin ölülərimizə də. Bu günlərdə eşitmişəm ki, Ağdamın Sarıcalı kəndində kütləvi məzarlıq aşkar edilib. Vallah bu vəhşilikdir, özü də bəşəriyyətə sığmayan vəhşilikdir. Allah onlara lənət etsin. Mən Ağdamda Qarağacı qəbirstanlığında nə atamın, nə anamın, nə də ki, qardaşımın məzarını tapa bildim. Bir övlad üçün dünyada bundan böyük acı ola bilməzdi. Hələ də ümidliyəm ki, valideynlərimin məzarını tapacam, onları ziyarət edəcəm. Bundan sonra ölsəm də dərdim olmaz. İnsan nə qədər yaşa dolsa da, o yenə də valideyn qarşısında övladdır. Atamın, anamın məzarının üstünə qoya bilmədiyim qərənfilləri, dağıdılan məzarlığa tökdüm. Allah bu hissi heç kimə yaşatmasın. Mənim üçün çox ağır idi”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, xanəndə, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordeni Arif Babayev deyib.

Xalq artisti səhhətindən də danışıb.

“Qaxda dincəlirəm, istiahət edirəm. Havalar istilənən kimi bura gəlmişəm. Deyim ki, özümü əla hiss edirəm, yalan olar. Qocalıqdır da. Dizlərimdə bir az ağrı var. Bütün qocalar kimi, mən də xəstələnəndə xəstələnirəm, özümü birtəhər ayaq üstə saxlayıram. Ağdamı, Sarıhacılı kəndini görmüşəm, ölsəm də bundan sonra dərdim olmaz. Mən yalnız xalqımıza, dövlətimizə sağlıqlı günlər arzu edirəm. Arzum dövlətimizlə bağlıdır. Mən yatanda da bunu düşünürəm” deyə sənətkar bildirib.

Sənətkar artıq oxumadığını da bildirib.

“Səhhətimə görə artıq oxumuram. Evdə ola bilər ki, bəzən özüm üçün zümzümə edim, amma efirlərdə oxumuram. İnsanların yaddaşında əvvəlki Arif Babayev kimi qalmaq istəyirəm. Bəlkə də bir çoxları bu yaşda məndən ifalar gözləyir, amma mən düşünürəm ki, artıq gecdir. Bu halımda çıxıb oxusam tamaşaçılar məni yaxşı qəbul etməz. Elə bir ölkə yoxdur ki, orada olmayım. Dünyanın 100-dən çox ölkəsini gəzmişəm, muğamımızı təmsil və təbliğ etmişəm. Bu dəqiqə mənim tələbələrimin öz tələbələri var. Onlar oxuyurlar, dərs keçirlər. İnanın Allaha, 85 illik yubileyimdə hər biri səhnədə idi. Hamısı üzük qaşı kimi məni dövrəyə almışdı. Allah onları qorusun” deyə sənətkar bildirib.

10887661088765