Oskar mükafatına gətirilən yeni qaydalar

Oskar mükafatına gətirilən yeni qaydalar

23 İyun 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

1929-cu ildən bəri Amerika Kino Sənəti və Elmlər Akademiyası tərəfindən verilən Oskar mükafatlarına bəzi yeni qaydalar qoyulub. Bir filmin “Ən Yaxşı Film” kateqoriyasına namizəd olması üçün yeni meyarlara cavab verilməlidir.

1929-cu ildən bəri kino dünyasının ən nüfuzlu mükafatlandırma mərasimi olan Oskar mükafatları üçün yeni qaydalar tətbiq edilib. Filmlərin “Ən yaxşı film” nominasiyasına namizəd olması üçün kifayət qədər sayda müxtəlif etnik mənsubiyyətli və əlil aktyorların filmə çəkilməsi tələbi qoyulacaq.

Bu qayda 2024-cü ildən tətbiq olunacaq. Akademiyanın həm ekranda, həm də kamera arxasında müxtəlifliyi təşviq etmək üçün belə bir qərar verdiyi məlumdur.

Akademiyanın bu qərarı bəzi dairələrin əks reaksiyasına səbəb olub. “New York Post” qəzetinin yazdığına görə, filmin Oskar mükafatına namizəd olması üçün belə meyarların tələb olunduğu tənqid edilib.

Məlumdur ki, bir çoxları Akademiyanın bu qərarını dəstəkləmir və reaksiya vermək istəmədikləri üçün susmağa üstünlük verirlər.

Yeni tənzimləmə ilə 2025-ci ildə Akademiya mükafatlarında “Ən Yaxşı Film” kateqoriyasında yarışmaq üçün gələn il nümayiş olunacaq filmlərin müddəti 7 gündən 14 günə kimi artırılıb. Bu kontekstdə meyar əlavə edilib ki, nominasiya almış filmlər ABŞ-ın 10 regionunda ardıcıl 7 gün və ya ilk nümayişindən sonra 45 gün ərzində fasilələrlə nümayiş etdirilməlidir.

Murad Şahməmmədov