"Titanik"in rejissoru illər sonra eyni yerdə təkrarlanan faciədən danışdı

"Titanik"in rejissoru illər sonra eyni yerdə təkrarlanan faciədən danışdı

1 İyul 2023 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Titanik" filminin dünyaca məşhur rejissoru Ceyms Kemeron Atlantik okeanında "Titan" sualtı gəmisində 5 ekipaj üzvünün həlak olması ilə nəticələnən faciəyə münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, rejissor "Titanik"in batdığı yerdə bu cür hadisənin baş verməsi ilə hadisələr arasındakı oxşarlığa təəccübləndiyini gizlətməyib.

Kemeron bildirib ki, o, "Titan"ı hazırlayan "OceanGate Expeditions"a dəfələrlə məktub yazaraq sualtı gəminin sertifikata ehtiyacı olduğunu qeyd edib. Həmçinin sualtı qayıqların sahibi olan rejissor şirkətin karbon lifli korpusdan istifadə etməsinin səhv olduğunu onlara dəfələrlə izah etməyə çalışıb.

O, 1912-ci ildə batmış gəminin kapitanının qarşıdakı aysberqlə bağlı xəbərdarlığa məhəl qoymadığını xatırlayaraq vurğulayıb:

"İndi biz xəbərdarlıqlara məhəl qoyulmadıqdan sonra eyni yerdə baş vermiş oxşar faciə ilə üzləşdik. Nəticədə çoxlu insan öldü".

Qeyd edək ki, "Titanik"i görməyə gedənlər britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu, 1 pilot və 1 bələdçi idi. Ötən gün bütün heyətin öldüyü təsdiqlənib. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayış baş verməsi olub.axar.az