Ali Sunaldan Kamal Sunal paylaşımı: Ömrümün yarısı sənsiz keçdi

Ali Sunaldan Kamal Sunal paylaşımı: Ömrümün yarısı sənsiz keçdi

4 İyul 2023 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Əfsanəvi aktyor Kamal Sunalın vəfatının 23-cü ildönümüdür. Ustad aktyorun ölüm ildönümündə oğlu Ali Sunaldan duyğulu paylaşım gəlib. Ali Sunal öz profilində belə bir qeyd paylaşıb: "Sənə ata deyə bilmək mənim həyatımda ən böyük qürurumdur".

Türk kinosunda unudulmaz əsərlər qoyan Kamal Sunal 23 il əvvəl bu gün dünyasını dəyişib. 7-dən 70-ə kimi hər kəsin qəlbini fəth edən ustad adı pərəstişkarlarının yaddaşında qalıb.

Atasına olan sevgi və hörmətini daim dilə gətirən Ali Sunal bu gün üçün xüsusi emosional paylaşım edib. Sunal uşaq ikən atası ilə çəkdirdiyi şəxsi şəkli sosial media hesabında paylaşıb. Sunalın fotoya etdiyi qeyd oxucuları çox təsirləndirib.

"ÖMRÜMÜN YARISI SƏNSİZ KEÇİB"

Ali Sunal Twitter-də paylaşdığı mesajda bu sözləri deyib: "23 il... Hal-hazırda ömrümün yarısı sənsiz keçdi. Sənin üçün çox darıxıram atam. Sənin kimi bir qəhrəman üçün darıxıram. Sənə ata deyirəm, səni fotoda olduğu kimi doya-doya öpmək mənim həyatımdakı ən böyük arzum olub. Qürurumsan. Minnətdaram, ata. Səninlə keçirdiyim hər an...”

Murad Şahməmməd