Maestro robot artıq dirijor kimi istifadə edilir

Maestro robot artıq dirijor kimi istifadə edilir

6 İyul 2023 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyada hazırlanmış EveR 6 adlı robot öz performansı ilə çoxlarını heyran qoyub. Robot EveR 6 təxminən 1000 nəfərlik auditoriya qarşısında Koreya Milli Orkestrinin 60-dan çox musiqiçisinin çıxışını idarə edib. EveR 6-nın çıxışı ölkə tarixində robotun dirijor kimi istifadə edildiyi ilk hadisə idi. Robot hərəkət tutma texnologiyası ilə insan hərəkətlərini yadda saxlamaq və təqlid etmək üçün proqramlaşdırılıb. EveR 6-nın tərtibatçıları öyrəndiklərini kopyalamaq əvəzinə, robotun improvizə edilməsini planlaşdırdıqlarını açıqlayıblar.

Murad Şahməmməd