Gülyanaq Məmmədova Özbəkistanın Mədəniyyət naziri ilə oxuduğu duetdən danışdı: “Bu mahnıya klip də çəkdirmişik”-Video

Gülyanaq Məmmədova Özbəkistanın Mədəniyyət naziri ilə oxuduğu duetdən danışdı: “Bu mahnıya klip də çəkdirmişik”-Video

4 Avqust 2023 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

“Artıq bir neçə gündür ki, Azərbaycanda keçirilən “Özbəkistan mədəniyyət günləri” dünən başa çatdı. 4 gün ərzində qardaş ölkənin sənətkarları qonağımız oldu. Özbəkistandan gələn bütün incəsənət nümayəndələri, istər simfonik orkestr, dirijor Kəmaləddin bəy başda olmaqla, bütün xalq və əməkdar artistlər, teatr və kino aktyorları, kulinarları, rəqqasları çox yüksək səviyyədə çıxış etdilər. Azərbaycan xalqı da qardaş ölkənin incəsənət ustalarını alqışlarla qarşıladı. Bu tədbir həqiqətən də elə alqışlarla da başa çatdı. Deyərdim ki, bəlkə də müstəqillik qazanandan sonra, son 40 ildə iki ölkə arasında belə bir möhtəşəm tədbir keçirilməmişdi. Sanki Özbəkistan Azərbaycan üçün, Azərbaycan da Özbəkistan üçün o qədər darıxmışdı ki. Bu istiliyi, bu alqışı, sevgini mən hiss etdim. Çünki biz nənə-babalarımızdan hər zaman Özbəkistan, Daşkənd, Səmərqənd, Buxara, Nəvai bu adları əzbər bilmişik. Özbəkistan o qədər bizim üçün əziz olub ki, biz sanki orada doğulmuşuq. Dilimiz, dinimiz, adətlərimiz, mədəniyyətimiz bir-birinə o qədər yaxındır ki, biz kökdən bir-birimizə bağlı iki qardaş ölkəyik”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova deyib. O daha sonra Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla duetindən danışıb.

“Özbəkistandan gələn orkestrlə gözəl bir mahnı ifa etdim. Ardınca da gözəl Özbək mahnısı oxudum. Qonaqlar alqışlarla qarşıladılar. İki ölkənin xalq artisti fəxri adını daşıdığım üçün hədsiz sevincli və qürurluyam. Konsertlərdən sonra qonaqlarımızın şərəfinə verilən ziyafətdə Özbəkistanın Mədəniyyət Naziri, cənab Ozodbek Nazarbekovla duetimiz baş tutdu. Mən bu mahnını onun ifasında dinləyərkən çox heyran olmuşdum. Həmin bu mahnıya bilirsiniz ki, mən klip də çəkdirmişəm. Biz ona böyük təqdim da etmişik. Bu klip mənə “Arb günəş” kanalının rəhbəri Məhsim Məhsimovun təşəbbüsü və yaradıcılığı ilə yubileyimə bir töhfə olaraq çəkilib. Klipdə iki qardaş ölkənin dostluğundan, istiliyindən bəhs edirdi klipdə. Bütün tədbirlərdə hər iki ölkənin Mədəniyyət naziri Adil Kərimli və həmkarı Ozodbek Nazarbekov iştirak edirdi. Bir müddət əvvəl aldığımız fəxri adları dünən cənab nazirlər bizə təqdim etdi. Bilirsiniz ki, Nəsibə Abdullayeva Azərbaycan prezidentinin sərəncamı ilə xalq artisti fəxri adına layiq görülmüşdü. Bir sıra musiqiçilər də dostluq ordeni ilə təltif olunmuşdular. Mən də Özbəkistan prezidentinin sərəncamı ilə xalq artisti fəxri adına layiq görülmüşdüm” deyə xalq artisti bildirib.