TikTok Azərbaycanda yayın ritmini təyin edir: mövsümün əsas musiqiləri

TikTok Azərbaycanda yayın ritmini təyin edir: mövsümün əsas musiqiləri

29 Avqust 2023 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

TikTok, qısa videolara baxmaq ve yaratmaq üçün aparıcı platforma olaraq, ötən yayın sevilən musiqiləri ilə bağlı yekun nəticələri təqdim edib. Azərbaycanda və dünyada istifadəçilərin bu mövsüm ən çox dinlədiyi, ən sevilən treklərin siyahısını açıqlayıb.

Musiqi TikTok-da mühüm rol oynayır: İstifadəçiləri yaradıcılıqlarını bölüşməyə ruhlandırır, bir çox trendin əsasını təşkil edir və platformanın atmosferinə pozitivlik qatır. TikTok-da istedadlı musiqiçilər öz mahnılarını tanıdaraq dünyanın müxtəlif yerlərindən dinləyicilər qazana bilərlər və istənilən rəngarəng musiqi nümunəsi populyarlaşaraq milyonlarla insan tərəfindən sevilə bilər.

Bu yay platformanın istifadəçiləri enerjili rəqs ritmlərindən tutmuş lirik melodiyalara qədər müxtəlif musiqilər üçün videolar hazırlayıb - bəziləri mövsümün əsl himnlərinə çevrilib. Yay hitlərindən istifadə edərək #SongSOfTheSummer həştəgi ilə yaradılmış videolar artıq 5 milyarddan çox baxış sayı toplayaraq Azərbaycanda və dünyada milyonlarla musiqisevəri bir araya gətirib.

Bugün platforma 2023-cü ilin yayında TikTok istifadəçilərinin qəlbini fəth edən ən yaxşı hitlərin və musiqiçilərin siyahısı açıqlayıb.

Azərbaycanda yay musiqiləri

Azərbaycanda istifadəçilər arasında ən çox sevilən bu yayın əsas mahnılarının reytinqinə həm beynəlxalq, həm də yerli musiqiçilərin mahnıları daxil edilib. Platforma istifadəçilərinin sevgisini qazanan 6 azərbaycanlı musiqiçinin mahnıları bütün hit siyasının yarıdan çoxunu əhatə edib.

"Pişman değilim" - Semicenk & Dogu Swag

Musiqiçi Semiçenk & Dogu Swag-ın mahnısı TikTok-u fəth edib və bu musiqi ilə olan videolar milyonlarla baxış toplayıb. Türk musiqi sənətçisinin bu əsəri bütün Azərbaycanda istifadəçilərin rəğbətini qazanıb – həm böyüklər, həm kiçiklərin iştirak etdiyi videolarla bu yayın xoşbəxt anlarını paylaşıblar.

"Maşallah" - Ravi Incigöz

Daha bir türkiyəli sənətçi Ravi İncigöz "Maşallah" adlı trekinin sevgi dolu sözləri və özünəməxsus cazibəsi ilə Azərbaycanda istifadəçilərin qəlbinə yol tatıb.

"Nu Paqadi" (Remix - Ayxan Dəniz) - Baləli

Ayxan Dənizin meyxanaçı Baləlinin “Nu Paqadi” mahnısını remiks ilə səsləndirməsi əsərə müasir üslubda yeni nəfəs verib və bu yayın trendlərinə damğa vurub.

"Nə isə" - Miro

Bu yay TikTok-da hitə çevrilən digər mahnı musiqiçi Mironun "Nə isə" mahnısıdır. İstifadəçilər bu mahnı ilə ruhlandırıcı videolar çəkib, faydalı yay tövsiyələrini, yayda Bakının abu-havasını və ətrafdakı gözəllikləri paylaşıblar.

"Boş adamlar" - Ayaz Babayev

Ayaz Babayevin “Boş adamlar” mahnısı yay boyu TikTok trendlərində lider mövqe tutub. Trek sayəsində platformada #boşadamlar həştəgi ilə rəqs çağırışları meydana gəlib və videolar 6 milyona yaxın baxış toplayıb.

"Siraa" - Andre Soueid

Bu yay Azərbaycanda TikTok da ən məşhur olanlardan biri "Siraa" adlı musiqisi ilə libyalı musiqiçi Andre Soueid olub.

"Şirin çağlar" (remix)- Habil Mammadov

Habil Məmmədovun "Şirin çağlar" musiqisinə olunan remiks, mahnıya yeni bir nəfəs qazandırıb ve TikTok istifadəçiləri arasında məşhurlaşmasına səbəb olub.

"Makeba" - Jain

Azərbaycanda istifadəçilər arasında sevimli yay trekləri siyahısına fransız sənətçisi Jainin məşhur Cənubi Afrikalı müğənni və fəal Miriam Makebaya həsr etdiyi, platformada bir çox müsbət videolara ilham verən “Makeba” mahnısı da daxil edilib.

"Ay ürəyim" - Türkan Vəlizadə

Türkan Vəlizadənin “Ay ürəyim” adlı emosional mahnısı da mövsümün ən məşhur treklərindən birinə çevirilib və istifadəçiləri yay anlarını paylaşmağa ruhlandırıb.

"Onun xəstəsiyəm" - Röya

Bu yay xalq artisti Ryoyanın ifa etdiyi “Onun xəstəsiyəm” mahnısı TikTok istifadəçiləri arasında favoritlərdən birinə çevrilməyi bacarıb. Bu dinamik musiqi altında istifadəçilər gözəl yerləri nümayiş etdirərək, səyahət estetikasını və digər canlı videoları paylaşıblar.

Bütün dünyada TikTok-da Yay mahnıları

2023-cü ilin yayında dünyada videolar hazırlamağa ilhamlandıran və TikTok icmasının sevgisini qazanan platformanın populyar mahnılarının siyahısına aşağıdakılar daxildir:

  1. If We Ever Broke Up - Mae Stephens
  1. What It Is - Solo Version - Doechii
  1. girls like me don't cry (sped up) - thuy
  1. Cupid – Twin Ver – Sped Up Version - FIFTY FIFTY
  1. LALA - Myke Towers
  1. Makeba - Jain
  1. มองนานๆ - FLI:P
  1. Everyday - Ariana Grande, Future
  1. Barbie Girl - Aqua
  1. Endless Summer - Alan Walker & Zak Abel

Bu yay TikTok istifadəçilərinə bir çox musiqlər kəşf etdilər. Bu mövsümün əsas hitlərinin ritmləri platforma istifadəçilərini hələ uzun müddət yaradıcılıq üçün ruhlandıracaq və onlara isti yay xatirələrini əbədiləşdirməyə kömək edəcək.

TikTok haqqında

TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Oxuməni.az