ABŞ-da oğurlandığı ortaya çıxan daha bir əsər Türkiyəyə qaytarılacaq

ABŞ-da oğurlandığı ortaya çıxan daha bir əsər Türkiyəyə qaytarılacaq

6 Sentyabr 2023 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

5 milyon dollar dəyərində olan bürünc büstün 16-cı Roma imperatoru Mark Avrelinin qızına və ya 21-ci Roma imperatoru Septim Severə aid olduğu güman edilir. ABŞ-da oğurlanmış tarixi əsərlər üzərində aparılan əməliyyat çərçivəsində Türkiyədən oğurlandığı təsbit edilən bir əsərin ev sahibinə qaytarılacağı açıqlanıb.

60 ilə yaxındır «Worcester» İncəsənət Muzeyində sərgilənən bürünc büst Türkiyəyə göndərilmək üçün Nyu York Əyalət Prokurorluğuna təhvil verilib. Muzeydən verilən açıqlamada, qurumun 1966-cı ilin oktyabrında «Qadın portreti» tablosunun səhvən satın alındığı, satıcının isə dediklərinə görə əsərin Anadolu bölgəsində tapıldığı qeyd olunub. Prokurorluğun apardığı araşdırmalar nəticəsində əsərin oğurlanaraq qanunsuz olaraq ABŞ-a aparıldığına dair sübutlar üzə çıxıb. İncəsənət muzeyi rəsmiləri etik standartlara riayət etməklə büstün qaytarılmasına töhfə verməkdən şərəf duyduqlarını bildiriblər. Ohayo ştatının Klivlend İncəsənət Muzeyində nümayiş etdirilən Markus Aureliusa aid olduğu güman edilən heykəl də eyni səbəbdən keçən ayın ortalarında ələ keçirilib. Xatırladaq ki, ötən ilin yanvarında 4,6 milyon dollar dəyərində 28 ədəd qədim əşya Türkiyəyə qaytarılıb.

Murad Şahməmməd