Məşhur rəssamın ilk tablosu rekord qiymətə satışa çıxarılıb

Məşhur rəssamın ilk tablosu rekord qiymətə satışa çıxarılıb

19 Sentyabr 2023 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət televiziyada yayımlanan proqramı ilə yadda qalan məşhur rəssam Bob Rossun «Rəsm sevinci» adlı proqramda çəkdiyi ilk tablo 9,85 milyon dollara satışa çıxarılıb. Məşhur rəssam Bob Rossun 1983-cü ildə ABŞ-ın «PBS» televiziyasında canlı yayımlanan «Rəsm sevinci» proqramının ilk bölümündə çəkdiyi tablo 9,85 milyon dollara satışa çıxarılıb.

CNN-in məlumatına görə, proqramda iştirak edən bir şəxs tərəfindən hərracda satın alınan «Meşədə gəzinti» adlı yağlı boya tablosu Ross tərəfindən 1983-cü ilin yanvarında canlı televiziyada çəkilməsi ilə tanınır.

Bu il Minneapolisdə yerləşən «Modern Artifact» incəsənət qalereyasına satılan bu rəsm 9,85 milyon dollara yeni sahibi axtarır. «Modern Artifact»ın sahibi Ryan Nelson, son illərdə rəssamın rəsmlərinə artan tələbatın olduğunu vurğulayaraq, “Bob Rossun rəsmlərinə artan tələbatın arxasındakı hərəkətverici qüvvə kolleksiyaçılar kimi görünür. Nostalji, sosial media və ictimaiyyətin sənətin arxasında duran şəxsiyyətə artan maraq onun indiki populyarlığına kömək edir" deyə bildirib.

Rəsmi satmağa tələsmədiklərini vurğulayan Nelson, "Bu, həqiqətən də təkrarlana bilməyən bənzərsiz bir rəsmdir. Biz bunu bir muzey və ya səyyar sərgi ilə paylaşmaq istərdik. Mümkün qədər çox insan belə maraqlı sənət əsərini görsün deyə” qiymətləndirməsini bu cürə edib.

Murad Şahməmməd