55 kilo arıqlayan "Kurtlar Vadisi"nin Güllüsü

55 kilo arıqlayan "Kurtlar Vadisi"nin Güllüsü

31 Oktyabr 2023 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dövrün əfsanəvi “Kurtlar Vadisi” serialında Güllü obrazı ilə yaddaşlarımıza həkk olunan Erhan Ufakın son halını görənlər heyrətlənir. Nəhayət, arıqladığı çəki ilə diqqət çəkən Güllü Erhan, dəyişməsi çoxlarını təəccübləndirib.

Dövrdə iz qoymuş “Kurtlar Vadisi” serialı unudulmaz istehsallar sırasındadır. Necati Şaşmazın Polat, Oktay Kaynarcanın Çakır obrazını canlandırdığı serialda Erhan obrazını Erhan Ufak canlandırıb.

45 yaşlı məşhur ad 2003-cü ildə yayıma başlayan “Kurtlar Vadisi” ilə televiziya dünyasına salam verib. Elazığdan olan Erhan Ufak “Kurtlar Vadisi Terror” və “Kurtlar Vadisi Pusu”da iştirak edib. Arıqlamaq üçün 2017-ci ildə mədə əməliyyatı keçirən Güllü Erhan 55 kilo arıqlayıb. Məşhur adın son halını görənlər sosial şəbəkələrdə "Hər şey dəyişdi, amma bir baxış belə dəyişmədi", "Karizma", "Onu heç tanıya bilmədim" şərhini yazıblar.

Murad Şahməmməd