MƏNİM ONLARA YAZIĞIM GƏLİR

MƏNİM ONLARA YAZIĞIM GƏLİR

2 Noyabr 2023 10:17
Bəyəndim (4) Bəyənmədim (0)

İstedadlı bəstəkar-müğənni Arif Səlimov susqunluğa son qoyub od püskürdü. Onu danışmağa nə vadar etdi. Mahnılarını 30-dan çox Xalq və əməkdar artistlər oxuyan Arif bəy danışdı, nə danışdı... Onu danışmağa vadar edən nə oldu?

- “Vaxtılə mənim nəğmələrimlə məşhur olan bəzi müğənnilər bu gün efirlərdə o mahnıların söz yazarını, bəstəkarını ya unudurlar, ya da “ulduz xəstəliyi”nə tutulub adımı çəkmirlər. Əslində mənim onlara yazığım gəlir. Mən xoşbəxt bəstəkaram ki, adımı böyük bəstəkar və müğənnilər çəkirlər. Mən heç vaxt, heç zaman heç kimi sərt ittiham etməmişəm. Görün məni nə həddə çatdırıblar ki, mən bu suallara cavab verirəm.

Cismim sizi bağışlasa da, ruhum heç vaxt bağışlamayacaq. Sel gələndə çör-çöpləri yuyub aparır. Hələ ki, sizin 2 ay zamanınız var. Çünki artıq dekabr ayının 23-dən yeni Arif Səlimov dünyaya gəlir. O, yeni ilə-2024-cü ilə özü ilə çox az insanları aparacaq. Bu, mənim yox, Onun qərarıdır. Onun adını və soyadını məndən soruşmağa belə cürət etməyin”.

“O mənəm”, “Möcüzə qadın”, “Nədən”, “Günah edirəm” deyən Arif niyə kaş ki, dedi?

- “Təsadüf nəticəsində tanıdığım gözəl söz yazarı şairə Sailə Pənah “Kaş ki...” dedi. Bu şeir o qədər xoşuma gəldi ki, onu nəğməyə çevirdim. Daha hərdən “Kaş ki...” deyəcəyəm. Amma hər gün “Aşiqəm mən” deyəcəyəm...”

Qələmə aldılar:

Alim Nəboğlu,

İsa Rəvan