Napoleonun imzalı papağı rekord qiymətə - 1,9 milyon avroya satılıb

Napoleonun imzalı papağı rekord qiymətə - 1,9 milyon avroya satılıb

20 Noyabr 2023 07:05
Bəyəndim (0) Bəyənmədim (0)

Parisin cənubundakı Fontainebleau auksion evindən papağın yekun qiymətin 600-800 min avro arasında təxmin ediləndən iki dəfə çox və ehtiyat qiymətdən təxminən dörd dəfə baha olduğu bildirilib.

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın imzası olan papaq rekord qiymətə satılıb.

1,932 milyon avroya alınan papaq, eyni hərrac evində 2014-cü ildə 1,884 milyon avroya satdığı əvvəlki Napoleon papağının da rekordunu qırıb.

Bicorne kimi tanınan papaq qara rəngdədir və Fransa bayrağının rəngləri olan mavi-ağ-qırmızı emblemə malikdir.

Hərrac evinin əməkdaşı Jean-Pierre Osenat şapkanın dünyanın hər yerindən kolleksiyaçıların marağına səbəb olduğunu və son alıcının kimliyini və ya milliyyətini açıqlamaqdan imtina etdiyini söyləyib.

Oxuməni.az