Türkan Şoraya “Şərəf ordeni” təqdim edilib

Türkan Şoraya “Şərəf ordeni” təqdim edilib

21 Noyabr 2023 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Türkan Şoraya Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf ordeni” təqdim edilib. Noyabrın 17-də başlayan 1-ci Bişkek Beynəlxalq Film Festivalı çərçivəsində Türkan Şoray Türk Dünyası mədəniyyət və incəsənətinə müstəsna töhfələrinə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf ordeni” ilə təltif edilib.

Türkan Şoray açıqlamasında, Türkiyənin ilk əməkdaşlıq təşkilatı olan TÜRKSOY tərəfindən “Şərəf ordeni” ilə təltif olunmasından qürur duyduğunu və mükafatın onun üçün çox dəyərli olduğunu bildirib.

Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən fesival sabah sona çatacaq.

Oxuməni.az