Monqolustan ölkənin ən yaxşı modelini seçib

Monqolustan ölkənin ən yaxşı modelini seçib

23 Noyabr 2023 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Monqolustanın paytaxtında ölkənin moda sənayesinin ən mühüm hadisəsi olan “Goyol-2024” Beynəlxalq Moda Festivalı başa çatıb.

“Göyol” Beynəlxalq Moda Festivalı hər zaman ən yüksək səviyyədə keçirilən genişmiqyaslı tədbirdir. Dizaynerlər kolleksiyalarını fasiləsiz nümayiş etdirirlər. 3 saat davam edən qala-konsertdə 20-dən çox kolleksiya nümayiş olunub.

Fərqli etnik kolleksiyalar da var idi, onlarsız heç bir monqol moda nümayişini təsəvvür etmək mümkün deyil.

Bu il “Top Model” kateqoriyasında qalib Sayxantamir Amarsanaa olub.

28 yaşlı Sayxantəmir Xentiy rayonunun Dədəl oymağındandır.

Sayxantəmir üç qardaş, üç bacı və bir kiçik qardaşla böyük bir ailədə böyüyüb.

Oxuməni.az