Özbəkistanda ilk dəfə olaraq UNESCO Baş Konfransının sessiyası təşkil olunacaq

Özbəkistanda ilk dəfə olaraq UNESCO Baş Konfransının sessiyası təşkil olunacaq

24 Noyabr 2023 13:51
Bəyəndim (0) Bəyənmədim (0)


42-ci sessiyanın sədri Simona-Mirela Mikuleskunun verdiyi məlumata görə, UNESCO Baş Konfransının növbəti sessiyası Səmərqənddə keçiriləcək. Bu irimiqyaslı tədbirin 2025-ci ildə baş tutması planlaşdırılır. Maraqlıdır ki, 1985-ci ildən YUNESKO-nun konfransları yalnız Parisdə keçirilir. Bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

Mikulesku bu tədbirin Səmərqənddə keçirilməsi ilə əlaqədar Özbəkistanın diplomatiya sahəsində uğur qazandığını vurğulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu qərarı dəstəklədiklərinə görə xarici tərəfdaşlarına təşəkkür edib. O, bunu mühüm qlobal hadisə adlandırıb. Dövlət başçısı qeyd edib ki, konfrans beynəlxalq ictimaiyyətə Özbəkistanın fərqli sivilizasiya potensialını görmək imkanı verəcək.

Yada salaq ki, bir müddət əvvəl Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısında Tacikistan, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və digər dövlətlərin başçıları iştirak etmişdi.

Oxuməni.az