"Muğam"ın solisti Gülyaz Məmmədova şirin ifaları ilə iraqlı tamaşaçıları özünə heyran edib

"Muğam"ın solisti Gülyaz Məmmədova şirin ifaları ilə iraqlı tamaşaçıları özünə heyran edib

11 Dekabr 2023 13:59
Bəyəndim (0) Bəyənmədim (1)

İraqın paytaxtı Bağdad şəhərində dekabr ayının 3-7 tarixlərində "Beynəlxalq İrs" festifalı kecirilib. Festivalda Azərbaycanı İdris Hüseynovun rəhbərliyi ilə "Muğam" qrupu və Xalq artisti Gülyaz Məmmədova təmsil edib. Dekabrın 6-da səhnəyə çıxan "Muğam" qrupu tamaşaçılar, o cümlədən tədbirdə iştirak edən İraqın tanınmış elm, sənət xadimləri, yüksək səviyyəli rəsmi dövlət nümayəndələri tərəfindən böyük alqışlarla qarşılanıb. Tədbirdə "Muğam" qrupunun solisti Xalq artisti Gülyaz Məmmədova muğam, xalq mahnıları və təsnifləri ifa etmişdir. Gülyaz Məmmədovanı tarda "Muğam" qrupunun bədii rəhbəri İdrıs Hüseynov, kamancada Fərid Babayev, balabanda Adil Müslümov, ritm alətlərində Vəfadar Ramizzadə müşayiət ediblər.

"Muğam"ın bədii rəhbəri İdris Hüseynov başda olmaqla qrupun bütün üzvlərinin yüksək peşəkarlığı, o cümlədən Xalq artisti Gülyaz Məmmədovanın qəlbləri ovsunlayan sehrli ifaları tamaşaçılar tərəfindən çoxsaylı alqışıarla qarşılanıb.

Onu da xüsusi qeyd edək ki, Azərbaycan musiqisi İraqda böyük maraqla qarşılanır və bunu "Muğam"ın çıxışı zamanı tamaşaçılar tərəfindən onların dəfələrlə uzunsürən alqışlarla qarşılanması da bir daha sübut edir.

Konsertin Təşkilatçısı Moaana Jehad bəy "Muğam" qrupunun çıxışını yüksək qiymətləndirib. O başda bədii rəhbər İdris Hüseynov olmaqla "Muğam"ın bütün üzvlərinin yüksık peçəkarlığını, o cümlədən Xalq artisti Gülyaz Məmmədovanın əsrarəngiz ıfaları ilə tamaşaçıları özlərinə heyran etdiklərini xüsusi vurğulayıb. Moaana Jehad bəy bunun təsadüfi olmadığını da qeyd edib. O xatırladıb ki, illər öncə Bağdad şəhərində dahi sənətkar, dünya şöhrətli Rəşid Behbudov belə möhtəşəm konsert vermişdi: "Ansamblınız Rəşid Behbudovdan sonra ilk dəfə belə bir möhtəşəm uğura imza atıb. Bizi Gülyaz xanımın şirin ifalaları məlahətli səsi sanki ovsunladı. Mən İdris Hüseynov başda olmaqla "Muğam"ın bütün üzvlərinə, təşəkkürümü bildirirəm. Siz çox möhtəşəm çıxış etdiniz".

Festivalda Azərbaycandan əlavə bizə doğma olan Kərkük türkmənləri, İraqın müxtəlif yerlərindən ansambllar iştirak edərək öz çıxışları ilə tamaçaşıların alqışlarını qazanıblar.

Festivalın sonunda sonunda onda iştirak edən bütün iştirakçılara xüsusi mükafatlar təqdim edilib.

Oxuməni.az

Əziz Mustafa