"Bu, Natəvanın acı taleyinin davamıdır"

"Bu, Natəvanın acı taleyinin davamıdır"

15 Yanvar 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Mehriban Zəki rol aldığı "Şuşanın tək incisi" sənədli filmi ilə bağlı paylaşım edib.

Oxuməni.az Axşam.az-a istinadən xəbər verir ki, təəssüratlarını bölüşən aktrisa bunları yazıb:

"Şuşanın tək incisi" 2022-сi ilin dekabrında böyük Natəvanın 190 illiyinə həsr etdiyimiz bədii sənədli filmi çəkdik. Günay Əfəndiyevanın ideyası, Ülviyyə Heydarovanın ssenarisi, Zəhra Quliyevanın rejissorluğu və prodüsserliyi ilə qısa zamanda balaca bir komanda ilə filmi ərsəyə gətirdik.
Bu günlərdə Fransada Natəvanın heykəlinə qarşı törədilən vandallıq yenə Natəvanın acı taleyinin davamıdır. Amma deyim ki, Natəvan böyükdür, dahidir, uludur və yaşayır. Çünki bu gün də bir çox nadanları narahat edir onun varlığı. Bu film şəxsən mənim üçün çox böyük önəm daşıyır".

Ekran işi "Mədəniyyət TV"də nümayiş edilib.

Qeyd edək ki, Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb.