Poeziya buketi, nəğmə çələngi
Elvin Ramizoğlu
QAYTARDIN
(İlham Əliyev cənablarına)
Siyasətin, cəsarətin, hünərin,
Qarabağı özümüzə qaytardı.
Tarix yazdın, yenilədin tarixi,
Şərəf dolu günümüzə qaytardın.
***
Qazandırdın bizə ali zəfəri,
Nura döndü gecələrin səhəri.
Azad etdin neçə kəndi, şəhəri,
Cığır açıb izimizə qaytardın.
***
Şəhidlərim kəfən bildi bayrağı,
Yaxın etdik otuz illik uzağı.
Əldə etdik biz müqəddəs torpağı,
Obamıza, elimizə qaytardın.
HEYDƏR BABA
(Ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr edirəm).
Vətənin dar günündə,
Yetişdin Heydər baba.
Sən dirçəltdin milləti,
Ey ulu öndər baba.
***
Qorudun bu milləti,
Xalq firavan yaşadı.
Ürəyində hər zaman,
Azərbaycan yaşadı.
***
Hər nitqin, hər çıxışın,
Böyük məna daşıyır.
Adın xalqın əbədi,
Ürəyində yaşayır.
***
Həmişə bu vətənlə,
Adın çəkilir qoşa.
Tarix yazdın, yaratdın,
Tarixlərdə yüz yaşa.
***
Çiçəklənir ölkəmiz,
Yurdumuz, Heydər baba.
Rahat yat, rahat uyu,
Bizimdir zəfər baba!
Hazırladı İsa Rəvan