Məşhur amerikalı teleaparıcı Fil Donahyu vəfat edib

Məşhur amerikalı teleaparıcı Fil Donahyu vəfat edib

20 Avqust 13:14
Bəyəndim (7) Bəyənmədim (0)


ABŞ-da məşhur teleaparıcı Fil Donahyu avqustun 18-də 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun ölümünü bazar ertəsi, avqustun 19-da ailə üzvlərinə istinadən “The Washington Post” qəzeti yayıb.
Donahyu tok-şou janrının banisi hesab olunur. 1968-ci ildə 1974-cü ilə qədər ölkənin 200-dən çox kanalında yayımlayan "Fil Donahyu şousu" nu başlatdı. Bu şou 1996-cı ilə qədər yayımlandı.
O, rusdilli auditoriyaya “yenidəngurma”(perestroyka) dövründə SSRİ ilə ABŞ arasında ilk telekörpülərə ev sahibliyi etməsi ilə tanınır.1986-cı ildə Donahyu “Çernobıl AES”-də qəza yerində olan ilk xarici müxbir olub. Tanınmış aparıcı Vladimir Pozner ilə birlikdə 1996-cı ilə qədər “CNBC”-də yayımlanan “Pozner & Donahue” şousunun aparıcısı olub.
Şounun mövcudluğu dövründə jurnalist ən yaxşı aparıcı kimi doqquz "Emmy" televiziya mükafatını alıb. O, həmçinin ABŞ televiziya elmləri və İncəsənət Akademiyasının Şöhrət Zalına daxil edilib. 2024- cü ilin mart ayında Donahyu ABŞ-ın ən yüksək mülki dövlət mükafatına- Prezidentin Azadlıq medalına layiq görülüb.
Almaz Həsənli