Türk dünyası vahid əlifbanı qəbul etdi

Türk dünyası vahid əlifbanı qəbul etdi

11 Sentyabr 18:45
Bəyəndim (9) Bəyənmədim (0)

2024-cü il sentyabrın 9-11-də Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılmış türk dünyasının ortaq əlifbası Komissiyasının üçüncü iclası keçirilib. İclasın yekunu olaraq 34 hərfdən ibarət ortaq türk əlifbası layihəsi razılaşdırılıb.

Görüş Türk Akademiyası və Türk Dili İnstitutunun birgə əməkdaşlığı ilə keçirilib. Orada TDT -yə üzv ölkələrin nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi türk dilləri üçün vahid əlifba layihəsi üzərində işi başa çatdırmaq olub. Komissiya ilkin 1991-ci il layihəsini nəzərdən keçirdi və lazımi dəyişikliklər etdi.

“Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbadakı hər bir hərf türk dillərində mövcud olan müxtəlif fonemləri təmsil edir”, - deyə rəsmi məlumatda bildirilir.

Türk Akademiyası bu hadisənin tarixi əhəmiyyətini vurğulayıb. Bəyanatda deyilir: “Ortaq türk əlifbasının inkişafı türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığa kömək edir, eyni zamanda onların dil irsini qoruyur.

Təşkilatçılar türk dövlətlərinin hökumətlərinə və komissiya üzvlərinə əlifbanın inkişafı prosesinə verdikləri töhfəyə görə minnətdarlıqlarını bildiriblər. İndi bütün müvafiq qurumlar yeni Ortaq Türk Əlifbasının tətbiqinə fəal dəstək verməyə dəvət olunur.

Bu layihəni koordinasiya edən Türk Akademiyasının qərargahı Qazaxıstanın paytaxtı Astanada yerləşir.

Almaz Həsənli