Cənubi Koreyada Nobel mükafatına layiq görülmüş yazıçı Han Kanqın  kitablarınin hamısı satılıb

Cənubi Koreyada Nobel mükafatına layiq görülmüş yazıçı Han Kanqın  kitablarınin hamısı satılıb

12 Oktyabr 12:33
Bəyəndim (7) Bəyənmədim (0)

Yazıçı Han Kanqın əsərləri Cənubi Koreyada ədəbiyyat üzrə Nobel mükafatı laureatı elan edildikdən sonra hamısı satılıb. “Guardian” və “Korea Herald” xəbər verir ki, onun kitabları ən çox satılanlar onluğunda ilk 9 yeri tutub və ölkənin iki ən böyük onlayn kitab mağazası yüksək trafik səbəbindən qısa müddətə fəaliyyətini dayandırıb.

Cənubi Koreyanın ən böyük kitablar şəbəkəsi “Kyobo Book Centre” kitab mərkəzi, qalibin elan olunduğu gün Han Kanqın kitablarının satışlarının "çiçəkləndiyini" və yazıçının bütün nəşrlərinin demək olar ki, dərhal satıldığını bildirdi.

“Han Kangın mükafat alacağını gözləmədiyimiz üçün onun kitablarının heç bir ehtiyatımız yoxdur. Biz onun naşirləri ilə əlaqə saxladıq”, - “Kyobo Book Centre” kitab mərkəzinin nümayəndəsi bildirib.

Şəbəkənin Seulun mərkəzində yerləşən əsas mağazasında Han Kanqa həsr olunmuş xüsusi guşə yaradılıb, onun romanlarının nüsxələri “2024-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatı” yazılan lövhənin qarşısındakı stolun üstündə nümayiş etdirilib.

“Kyobo” internet saytında yazıçının kitabları real vaxt rejimində bestsellerlər reytinqində 10 yerdən ilk 9-unu tutdu, baxmayaraq ki, onların bir çoxu oktyabrın 10-u axşam saatlarında tükənmişdi.

Başqa bir böyük onlayn kitab mağazası olan “Yes24”-ün sözçüsü də mobil tətbiqin yaxşı işləməsinə baxmayaraq, müştərilərinin sayta daxil olmaqda çətinliklərdən şikayətləndiyini söylədi.

Cənubi Koreyanın siyasətçiləri, müəllifləri və oxucuları Cənubi Koreya yazıçısının qələbəsini qeyd ediblər. Ölkə prezidenti Yun Sok Yol “Facebook”-da paylaşım edərək onu təbrik edib. Ölkə parlamenti təbrikləri elan etmək üçün bir neçə hökumət dinləmələrini dayandırıb.

Almaz Həsənli