Borçalıda Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi doğulduğu Kəpənəkçi kəndində qeyd olunub

Borçalıda Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi doğulduğu Kəpənəkçi kəndində qeyd olunub

Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, tədbir "Kəpənəkçi Xeyriyyə Cəmiyyəti"nin təşkilatçılığı ilə baş tutub.

Yubiley mərasimi Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, saz-söz sənətinin görkəmli simaları, Azərbaycan icmasının fəal üzvləri və gürcü ictimai xadimlər şairin yaradıcılığından bəhs edib, onun türk dünyası ədəbiyyatında tutduğu möhtəşəm yerdən danışıblar.

Qeyd olunub ki, Zəlimxan Yaqub təkcə Azərbaycan və Gürcüstanda deyil, bütün türk dünyasında sevilən və oxunan şairlərdən biridir. Onun poeziyası minlərlə insanın qəlbinə yol tapıb.

Tədbirdə iştirak edən Xalq şairinin anası Güllü ana da çıxış edərək mərasimə toplaşan qonaqlara təşəkkürünü bildirib, ürək sözlərini bölüşüb.

Yubiley tədbiri Zəlimxan Yaqubun poeziyasından nümunələrin səsləndirilməsi və saz ifaçılarının şairin sözlərinə bəstələnmiş mahnıları ilə davam edib.

Almaz Həsənli